31 yanvarda Rusiyanın xüsusi xidmət orqanları “Bolqar” ləqəbi ilə tanınan Moldovanın kriminal avtoriteti Qrigori Karamalakı Moskvada saxlayıb.
Bizim.Media xəbər verir ki, bu informasiyanı TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
Karamalakın paytaxt hava limanlarından birinə çatdıqdan dərhal sonra tutulduğu bildirilir.
Mediada yer alan məlumatlara görə, bu cinayət patronu Moldova Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.
Onun adı 2016-2017-ci illərdə şantaj və adam öldürməyə cəhd cinayət işlərində hallanır.
Bizim.Media