“Rusiya Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılması üçün konkret layihələrin həyata keçirilməsi üzərində işləyir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Zaxarova qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində xeyli iş görüb.
“Rusiya tərəfinin fəal iştirakı ilə Ermənistan və Azərbaycan xalqları arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır”, - M.Zaxarova bildirib.
Bizim.Media