Polisi belə heyrətləndirən hadisə Bolqarıstanda cinayətkar qruplaşmaya qarşı aparılan əməliyyat zamanı baş verib.
Əməliyyat zamanı“Rocky” və “Rambo” filmləri ilə dünyada böyük pərəstişkar kütləsinə sahib olan Silvester Stallonenin adına hazırlanmış saxta passport aşkar edilib.
Hadisə Bolqarıstanın Plovdiv şəhərində baş verib. Cinayətkar təşkilatı üzvlərinin evinə polis basqını zamanı məşhur Hollivud aktyoru Silvester Stallonenin adına hazırlanmış saxta passport ələ keçirilib. Stallonenin passportda Bolqarıstan vətəndaşı kimi göstərilməsi təhlükəsizlik qüvvələri də təəccübləndirib.
Əməliyyatda külli miqdarda saxta 50 dollar və 100 avroluq əskinaslar da ələ keçirilib. Təşkilatın 4 üzvü isə həbs olunub.
Bizim.Media
