Rusiyalı siyasətçi Vladimir Jirinovski bildirib ki, paytaxtdakı gənclər mütləq rəqs meydançasında tanış olmalıdır.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə partiya sədri “Komsomolskaya Pravda” radiosunda canlı yayımında deyib.
Siyasətçi Moskva şəhərini “Tənha gənclər şəhəri” adlandırıb.
"Moskvada axşam saat yeddidən sonra rəqs etmək üçün gedə biləcəyimiz bir məkan yoxdur”,- deyə o, bildirib.
Daha sonra Jirinovski dinləyicilərdən onu rəqsə dəvət etməyi xahiş edib.
Qeyd edək ki, hər zaman öz qalmaqallı çıxışları ilə yadda qalan siyasətçi Dumada Liberal Demokrat partiyasını təmsil edir.
Bizim.Media