Serbiya prezidenti Aleksandar Vuçiç bu qışın Avropada "cəhənnəm qış"ı olacağını ehtimal edir.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, o, bunu qaz təchizatı çatışmazlığı fonunda elektrik enerjisinin qiymətlərinin gözlənilən artımı ilə əlaqədar açıqladığı proqnozunda deyib.
Prezidentin sözlərinə görə, 7 gündən sonra Avropada soyuqlar gözlənilir və bundan sonra qaz ehtiyatları xərclənməyə başlayacaq.
Vuçiç qeyd edib ki, anbarlardan qaz ehtiyatları xərclənməyə başlayanda və əlavə tədarük olmadıqda, bu, dərhal elektrik enerjisinin qiymətinin bahalaşmasına təsir edəcək.
Qeyd edək ki, oktyabrın əvvəlində Vuçiç Avropa Komissiyasının sədri Ursula fon der Leyendən enerji böhranı kontekstində yardım almaq üçün Balkan ölkələrini siyahıya salmağı xahiş edib.
Elvira Murad, Bizim.Media