Yaponiyada Yumi Yoşimo ölən anasının cəsədini 10 il soyuducuda saxlayıb.
Bizim.Media "İHA"ya istinadən xəbər verir ki, bu sirr kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxanda qonşuları tərəfindən aşkarlanıb.
Tokiyo polisinin açıqlamasına görə, 10 il əvvəl evinə qayıdan qadın anasının ölməsini görüb və onu soyuducuda saxlamağa qərar verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Vüqar Ağamalıoğlu, Bizim.Media