ABŞ-ın İraqda rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviazərbəsi zamanı İŞİD terror təşkilatının liderlərindən biri məhv edilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “New York Times” nəşri yazıb.
Mənbə Əbu Yasir adı ilə tanınan Cabbar Salmn əli Farhan əl-İssauinin məhv edildiyini bildirir.
Onunla terror qruplaşmasının daha doqquz yaraqlısı zərərsizləşdirilib.
Koalisiya nümayəndəsi Ueyn Marottonun sözlərinə görə, əl-İssauinin ölümü İŞİD üçün ciddi zərbə olub.
Nəşr hesab edir ki, məhv edilən terrorçu əvvəllər İŞİD-in İraq yaraqlılarının fəaliyyətinə rəhbərlik edib, təşkilatın ölkədə nüfuzunu bərpa etməyə çalışıb.
Bizim.Media