Seulda ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur - FOTO

Cənubi Koreya paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Cənubi Koreyadakı səfirliyindən bildiriblər.

“Diplomatik nümayəndəliyimizin əməkdaşları hadisə baş verəndən sonra Cənubi Koreyada, xüsusən də Seulda yaşayan Azərbaycan vətəndaşları ilə, habelə yerli səlahiyyətli qurumlarla davamlı əlaqədədir və məsələni nəzarətdə saxlayır. Səfirliyə daxil olmuş məlumatlara əsasən ölən, xəsarət alan və itkin düşmüş hesab olunanlar arasında Azərbaycan vətəndaşı yoxdur”,-deyə məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi İtavon adlı ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb.
Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan vətəndaşları da daxil olmaqla 19 əcnəbi də var. Hadisədə ölənlərin çoxunun 20 yaş civarındakı gənclər olduğu bildirilir.

Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Seul hökumətinin məlumatına görə, hadisədən sonra 355 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Bu rəqəmə dair dəqiqləşdirmələr aparılır.

Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib. Artıq faciə ilə əlaqədar Cənubi Koreyada milli matəm elan olunub. Dövlət başçısı xalqa müraciətində hadisənin nəticələri aradan qalxanadək olan müddətin matəm dövrü elan edildiyini deyib.
O, faciənin detallı araşdırılacağını və gələcəkdə oxşar hadisələrin olmaması üçün əsaslı qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. Prezident Yun Sok Yol hadisə yerinə baş çəkib, səlahiyyətli qurumlara müvafiq tapşırıqlar verib. Avropada səfərdə olan Seul meri Oh Se-hun hadisə ilə əlaqədar səfərini yarım qoyaraq ölkəsinə qayıtmağa qərar verib.

Bu, Cənubi Koreyada 2014-cü ildə çoxu məktəbli olmaqla 304 nəfərin ölümü ilə nəticələnən bərə qəzasından sonra kütləvi insan tələfatına səbəbə olan ilk hadisədir. Bildirilir ki, çox sayda insan tələfatına səbəbə olan şənlik COVID-19 pandemiyası başlayandan sonra keçirilən ilk Hellouin şənliyidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Günayın tətil qarderobu – VİDEO

Günayın tətil qarderobu – VİDEO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

End of content

No more pages to load

RADİO