Qırğızıstanda koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından tətbiq edilən fövqəladə vəziyyət rejimi noyabrın 1-dən ləğv ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bununla bağlı müvafiq qərarı hökumət başçısı Akılbek Japarov imzalayıb.
Qərarın qəbulu ölkədə epidemioloji vəziyyətin sabitləşməsi və xəstələnmə səviyyəsinin azalması ilə əlaqədardır.
Bizim.Media