Böyük Britaniya bu gündən Birləşmiş Ərəb Əmirliklərindən gələn dünyanın ən sıx hava nəqliyyatı sayılan Dubay- London uçuşlarını dayandırır.
Bizim.Media “REUTERS”ə istinadən xəbər verir ki, Birləşmiş Krallıq koronavirusa görə, Burundi və Ruanda ilə uçuşlarını bağlayıb.
“Britaniya vətəndaşlarından və ölkədə yaşamaq icazəsi olanlardan başqa sərnişinlərin Krallığa girişi qadağan edilir”,- deyə Nəqliyyat Naziri Qrant Şaps tviterdə yazıb.
Vüqar Ağamalıoğlu, Bizim.Media