Çində yaşayan məktəbli qız Zou Çuna gəlinciyə oxşamaq üçün 100 plastik əməliyyat keçirib.
Bizim.Media “RenTV”yə istinadən xəbər verir ki,16 yaşlı qız Çində yetkinlik yaşına çatmayanlar arasında estetik əməliyyata aludəçisi olan ilk insandır.
O, üzündəki qüsurlarını aradan qaldırmaq və gözlərini böyütmək üçün cərrahiyyə etdirdiyini bildirib.
Qeyd edək ki, Çunanın ilk əməliyyatı 13 yaşında olub. O indiyə qədər buna görə 620 min dollar xərc çəkib. Qızın estetik əməliyyatları onun sosial media hesabına da xeyli izləyici sayı gətirib.
Vüqar Ağamalıoğlu, Bizim.Media