Aktyor Vasili Lanovoyun ölümü rus teatrı və kinosu üçün böyük itki oldu.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın xalq artisti Nadejda Babkina səsləndirib.
Onun sözlərinə görə, Lanovoy əfsanəvi artist, səhnənin əsl cəngavəri idi. Xatırladaq ki, Lanovoy həyatının 87-ci ilində dünyasını dəyişib.
Yanvarın əvvəlində o, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Bizim.Media