Oktyabrın 10-da “Baku Business Factory”x9dnin təşkilatçılığı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək.xa0
Moderator.az-ın məlumatına görə, Forumda dövlət rəsmiləri, bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, elm xadimləri və xarici mütəxəssislər iştirak edəcəklər.
Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.
Forum bu istiqamətdə atılan ilk addımdır və gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq bu tərzdə forumlar, seminarlar və təlimlər keçiriləcək.
Xatırladaq ki, “Baku Business Factory”x9d azərbaycanlı iş adamı, “Union Grand Energy PTE”x9d Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin (www.anaralizade.com) təşəbbüsü ilə yaradılmışdır. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.