Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom”x9d MMC-nin loqosu yenilənib.
Moderator.az məlumatına görə, loqonun yenilənməsi “Aztelekom”x9d İstehsalat Birliyinin Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi ilə bağlı olub.
Loqonun üzərində “Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti”x9d sözü tam formada əksini tapıb.
Sadə və müasir dizaynda hazırlanan yeni loqoda üstünlük qızılı rəngə verilib.