Neftçilər günü münasibətilə təntənəli mərasim keçirilib

Bu gün Bakıda “Gülüstan”x9d sarayında 20 Sentyabr - Neftçilər günü münasibətilə bayram tədbiri keçirilib.

“APA-Economics”x9din məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın energetika naziri Natiq Əliyev neftçilərin ağır əməyindən danışaraq bildirib ki, neftçilərin əməyi dövlətin möhkəmlənməsində əvəz edilməzdir.
 
O, 21 il əvvəl imzalanan “Əsrin müqaviləsi”x9dni xatırladaraq Heydər Əliyevin müqavilənin imzalanmasındakı rolunu vurğulayıb.
 
N. Əliyev qeyd edib ki, bu gün neft Azərbaycanın simvoluna çevrilib və Azərbaycan dedikdə ilk olaraq yada neft düşür. Nazir bu gün prezident İlham Əliyevin neftçilərə olan diqqətini də xüsusi vurğulayıb.
 
Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib ki, o, hər zaman neftçi olub, bu gün də neftçi olaraq qalır: “Neftçi harada işləməsində asılı olmayaraq, hər zaman neftçidir. Azərbaycan nefti bizim nəvələrimizə, nəticələrimizə də çatacaq. Biz yeni-yeni yataqlar aşkar edib, neftimizi dünyaya ixrac edəcəyik”x9d.
 
SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycanın bütün dünyaya ixrac etdiyi əsas məhsulunun ”“ neftin qiymətinin 2 dəfə düşməsinə baxmayaraq, neftçilər titanik işlər görməkdə davam edirlər.
 
O qeyd edib ki, “Şahdəniz-2”x9d yatağından hasil olunan qazın Avropaya ixracını həyata keçirəcək layihə qrafikə uyğun aparılır. O, TANAP və TAP layihəsində işlərin layihəyə uyğun qrafiklə aparıldığını da vurğulayıb: “Biz düşünürük ki, 2018-ci ildə Azərbaycan qazını Türkiyəyə çatdıra biləcəyik”x9d.
 
SOCAR prezidenti deyib ki, maliyyə çətinliklərinə və dünyada böhranın olmasına baxmayaraq, Azərbaycanda yeni inşa olunan Neft-Qaz və Neft-Kimya Kompleksinin tikintisi də uğurla davam etdirilir.
 
O bildirib ki, köhnə zavodların modernləşdirilməsi prosesi davam etdirilir: “Artıq SOCAR tərəfindən inşa olunan Karbomid Zavoduna maliyyə cəlb edə bilmişik”x9d.
 
Cənub Qaz Dəhlizi istiqamətində görülən işlərdən danışan SOCAR prezidenti deyib ki, artıq boruların qaynaq işləri aparılır. Gürcüstanda yeni kompressor stansiyasının tikintisi davam edir.
 
R. Abdullayev deyib ki, dünyada maliyyə böhranına və neftin ucuzlaşmasına baxmayaraq, 2017-ci ilin sonunda Sumqayıt Texnologiya Parkında “SOCAR-Polimert”x9d zavodunun da inşası başa çatdırılacaq. O əmin edib ki, 2017-ci ilin sonuna SOCAR istehsal etdiyi məhsulların çeşidini artıracaq və dünyaya yeni məhsullar ixrac edəcək.
 
Daha sonra SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təltif edilmiş fəxri fərman təqdim edilib. X. Yusifzadə çıxış edərək bildirib ki, Azərbaycanda elə bil ailə yoxdur, orada neftçi olmasın: “Buna görə də bu bayram yalnız neftçilərin deyil, bütün Azərbaycan xalqının bayramıdır”x9d.
 
Sonra SOCAR tərəfindən təşkil olunan müsabiqənin qalibləri mükafatlandırılıb.
 
Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaxarova Kanye Uesti nasist adlandırdı

Zaxarova Kanye Uesti nasist adlandırdı

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ukrayna müharibənin qışa qədər davam edəcəyini BƏYAN ETDİ

Ukrayna müharibənin qışa qədər davam edəcəyini BƏYAN ETDİ

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Ukraynanın eks-müdafiə naziri Fyodorova İtaliyada vəzifə verildi

Ukraynanın eks-müdafiə naziri Fyodorova İtaliyada vəzifə verildi

Deputat dəniz kənarında karate ilə məşğul oldu - FOTO

Deputat dəniz kənarında karate ilə məşğul oldu - FOTO

Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı

Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı

Voleybolçularımız qrupun son oyununda məğlub oldular

Voleybolçularımız qrupun son oyununda məğlub oldular

Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - RƏSMİ AÇIQLAMA

Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - RƏSMİ AÇIQLAMA

Nepal sel fəlakətilə bağlı “Meta” və “TikTok”a çağırış etdi

Nepal sel fəlakətilə bağlı “Meta” və “TikTok”a çağırış etdi

Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ

Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ

Norveçdə yeni kralın andiçmə tarixi məlum oldu

Norveçdə yeni kralın andiçmə tarixi məlum oldu

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

Brilliant Dadaşova dənizdən görüntülərini paylaşdı – VİDEO

Brilliant Dadaşova dənizdən görüntülərini paylaşdı – VİDEO

Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü

Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü

Azərbaycan və Belarus XİN-ləri arasında mühüm dialoq: Nələr müzakirə olundu? - FOTO

Azərbaycan və Belarus XİN-ləri arasında mühüm dialoq: Nələr müzakirə olundu? - FOTO

Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI

Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI

End of content

No more pages to load

RADİO