Heydər Əliyev Fondunun adından dələduzluq iddiası - FOTOLAR

Bu günlərdə Moderator.az saytına Heydər Əliyev Fondunun adından istifadə edən bir MMC - nin dolandırıcılıqla məşğul olduğu ilə bağlı informasiya daxil olub. 

Daxil olan məlumatla bağlı əməkdaşımız xüsusi araşdırma aparıb və zərərçəkmiş, dolandırılmış insanların  şikayətlərini dinləyib. Əldə edilən məlumatlara görə, Heydər Əliyev Fondunun adından istifadə edən MMC “Azerbaijan Prodaction”x9d adı altında fəaliyyət göstərir. Özünü sözü gedən MMC - nin rəhbəri kimi təqdim edən Mina Muxtarova bir sıra insanlardan, gənc rəssamlardan müəyyən məbləğlərdə pul toplayaraq geri vermir. Qeyd edək ki, bizə şikayət edərək, imdad istəyənlərdən ikisi  Mina Muxtarovanın işçisi olub. 

Birinci zərərçəkmiş şəxs “Azerbaijan Prodaction”x9d MMC - də mühasib kimi çalışan Sevil Mirzəyevadır. Şikayətçinin sözlərinə görə, Mina Muxtarova min bir dillə Sevil Mirzəyevanın şəxsi 2029 azn məbləğində pulunu alıb və hazırda da bu pulu geri verməkdən imtina edir. Mina Muxarova pulu alarkən geri qaytaracağına dair dilindən imzalı kağız da verib. Kağızda isə onun Sevil Mirzəyevaya pulu 24.08. 2015 - ci il tarixində qaytaracağına dair dilindən yazılı və imzalı sənəd təqdim edib. Buna rəğmən pulunu geri verməkdən boyun qaçıran Mina Muxtarova zərərçəkmişin sözlərinə görə, onu təhqir edir və kobud ifadələrlə başından edir... 

Vaxtı ilə Mina Muxtarovanın  yanında çalışmış  Ramilə Əliyeva adlı orta təhsilli gənc qızın işdən nədən qovulması səbəbi də qaranlıqdır. 
Ramilə Əliyeva bildirdi ki, Mina Muxtarova onu işə cəlb etmək məqsədi ilə “Azerbaijan Prodaction”x9d - un Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərdiyini bildirib. Ali təhsili belə olmayan gənc qız Mina Muxtarovanın şirnikləndirici vədlərinə aldanaraq, onunla bir ildən artıq müqviləsiz çalışıb. Bu zaman kəsiyində isə Mina Muxtarovanın sözü gedən MMC - nin fəaliyyəti çərçivəsində gördüyü işlər məlum olub. Bütün bu işlərin içində olan Ramilə xanımın sözlərinə görə, MMC-nin əsas fəaliyyəti əsasən uşaqlar, yeniyetmələr və gənclərlə bağlı olub, elə bütün iş də bu prinsipin üzərində qurulub. Tez - tez serial çəkmək adı ilə seriala çəkilmək istəyən gənclərdən külli miqdarda pul toplamaqla, 5-6 yaşlı uşaqlardan moda müsabiqəsində  iştirak etrmələri ilə bağlı 50 manatdan toplamaq adı ilə gənc rəssamlardan onların rəsmlərinin Çexiya, Polşa və İtaliyada sərgidə nümayiş etdiriləcəyi ilə bağlı vəd verərək,  adambaşına 300 avro toplamasından ibarət fəaliyyətə malik bu MMC - nin imza atdığı  bu işlər bununla kifayətlənmir. Ramilə Əliyevanın çəkdiyi rəsmləri öz adı ilə ictimaiyyətə təqdim edən Mina Muxtarova hətta tanınmış müğənni Emin Ağalarovun adından da istifadə etməkdən çəkinməyib. 
Əməkdaşımız ofisdə olarkən belə, Mina Muxtarovanın“Azerbaijan Prodaction”x9d-ın dərc etdiyi dəvətnamənin nədənsə adının Emin Ağalarovun adı ilə hallandırması da gözdən qaçmayıb. Əməkdaşımız həmin dəvətnamənin divardan asılı olduğunu görsə də, daha sonra həmin dəvətnamə Mina Muxtarovanın köməkçiləri tərəfindən divardan çıxarılaraq göz qarşısından uzaqlaşdırılıb. 

Adının bu məslədə hallanmasını istəməyən üçüncü şəxsin sözlərinə görə, sözügedən təşkilatda iyun ayının 20 - 25 tarixlərində "Azerbaijan Prodaction”x9d - nın ofisində olduqca müəmmalı bir oğurluq hadisəsi baş verib. Belə ki, məlumata görə, ofisdə çalışan əməkdaşların bahalı texniki avadanlıqları oğurlanıb. Lakin Mina Muxtarova çalışanlarının polisə müraciət etməsinə imkan verməyib. Onları arxayın edib ki, bu müraciəti əşyaları oğurlanmış əməkdaşların əvəzinə bir müdirə kimi o edəcək və söz verib ki, 39 - cu bölmədə onun tanışı Anar Məmmədov adlı polis təhqiqatçısı var və bu işi o iki günə həll edəcək. Əks halda əşyaları oğurlanmış şəxslərin maddi zərəri qarşılanacağına dair vəd də verib. Lakin günü bu günə kimi zərərçəkmişlər nə əşyalarını tapıb, nə də onların əşyalarının maddi zərəri onlara ödənilib. Çalışanlar bunu Mina Muxtarovadan soranda onlara cavab olaraq “siz sübut edin ki, sizin əşyalar burda itib”x9d deyib...   

Bunca əmələ imza atmış Mina Muxtarova vergidən yayınmaq məqsədi ilə öz işçiləri ilə əmək müqaviləsi bağlamaqdan da boyun qaçırdığı iddia olunur. İşçilər bunu tələb etdikdə isə “mənə əlavə vergi ödəmək lazım deyil”x9d ifadəsi ilə türk demişkən geçişdirib. Lakin Mina Muxtarova əmək müqaviləsinin yerinə məcburi qaydada bütün işçilərinə “Mən “Azeirbaijan Prodaction”x9d-ın keçirdiyi tədbirlərdə iştirak edən uşaqların valideynləri, tədbirlərin sponsorları ilə əlaqə yaratmayacam”x9d başlıqlı sənəd imzalatdırıb.  Sənədin sonuna isə sözügedəın MMC - nin möhürünü də qoyub. 
Digər tərəfdən isə, Ramilə Əliyeva aldadılan və dolandırılan valideynlərin birinə bu təşkilatda baş verənlərlə bağlı xəbərdarlıq etmək məqsədi ilə mesaj yazıb. 

“Daha əvvəl heç bir valideyinimlə əlaqə qurmayacaqsan deyə”x9d, əlindəki sənədi əsas gətirən Mina Muxtarova atası rəhmətə getmiş Ramilə Əliyevanın evinə yanında da bir cangüdənlə hücum edib və hədə - qorxu gəldiyi də iddialar arasındadır.  Olan hadisədən təsirlənmiş, zərərçəkmiş şəxs Mina Muxtarovanın əməllərinə göz yummadığı üçün bu gün də təqibə məruz qalır. Ali Təhsili olmayan bu gənc qızı məcburi qaydada ona imzalatdığı sənədin maddəsini pozmaqla təqsirləndirərək, susmayacağı təqdirdə polisə verəcəyini iddia edən Mina Muxtarovanın köməkçiləri mövcud məsələni araşdıran Moderator.az saytının əməkdaşının üzərinə də hücum ediblər. Jurnalistin iznsiz hər hansısa bir problemi araşdırmaqda təqsirləndirərək polisə verəcəklərini də iddia edirlər...

Moderator.az adiyyatı orqanların bu işlə yaxından maraqlanmalarını xahiş edir. Ümid edirik ki, hüquq - mühafizə orqanları məsələni araşdıracaq və günahkarları cəzalandıracaq.

Mövzunu diqqətdə saxlayacağıq və bəri başdan qarşı tərəfin də mövqeyini olduğu kimi təqdim etməyə hazır olduğumuzu bildiririk. 
Heydər Əliyev Fondunun adından dələduzluq iddiası <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7642.jpg">Heydər Əliyev Fondunun adından dələduzluq iddiası <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7643.jpg">Heydər Əliyev Fondunun adından dələduzluq iddiası <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7644.jpg">Heydər Əliyev Fondunun adından dələduzluq iddiası <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7645.jpg">Heydər Əliyev Fondunun adından dələduzluq iddiası <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7646.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

End of content

No more pages to load

RADİO