Metrodakı yeni gediş kartları və terminallarla bağlı növbəti -Açıqlama

Bakıda metronun xidmətindən istifadə edən sərnişinlərdən bəziləri Trend-ə müraciət edərək yeni gediş kartlarına keçiddən sonra Bakı Metropoliteni ərazisində quraşdırılmış yeni terminalların bəzilərində plastik kartların əldə edilməsi və gediş haqqının yüklənməsi mümkün olmur

Monitorunda "işlək olmayan" yazılan bu terminallarda heç bir əməliyyat yerinə yetirmək olmur.

Bununla bağlı saytın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevxa0bildirib ki, metronun vestibüllərində quraşdırılmış yeni terminalların işlək vəziyyətə gətirilməsi mərhələli şəkildə həyata keçirilir: "Hələlik əməliyyatların həyata keçirilməsi üçün 1-2 terminal kifayət edir. Çünki hələlik gediş üçün yeni kartlarla yanaşı eyni vaxtda köhnə kartlardan, "MetroKart"dan da istifadə olunur. Ona görə də bu baxımdan heç bir problem yaşanmır. Oktyabrın 1-dən etibarən isə bütün yeni "BakıKart" terminalları tam işlək vəziyyətdə olacaq. Çünki Bakı Metropolitenində "MetroKart" və "BakıKart"ın birgə istifadəsi yalnız sentyabrın 30-dək mümkün olacaq. Oktyabrın 1-dən etibarən isə "MetroKart"ın istifadəsi dayandırılacaq".

N.Paşayev əlavə edib ki, "MetroKart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir. "MetroKart"ın girov dəyərini və balansda olan məbləği "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsi ilə "BakıKart"ı alıb istifadədə olan "MetroKart" ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidirlər.

Metropolitenin sözçüsü onu da qeyd edib ki, yeni gediş kartlarına keçidlə bağlı turniketlər də getdikcə əvəzlənəcək: "Bunun üçün lazım olan bütün avadanlıqlar artıq gətirilib və mərhələli şəkildə stansiyaların girişlərində quraşdırılır. Oktyabrın 1-dən etibarən isə metronun bütün stansiyalarında sərnişinlər yalnız yeni turniketlərdən keçərək stansiyaya daxil olacaqlar".

Qeyd edək ki, 2015-ci avqustun 8-dən etibarən "Bakı Metropoliteni" QSC gediş haqqının ödənilməsi üçün "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlayıb. Həmin tarixdən etibarən həm metroda, həm də "BakuBus" avtobuslarında bu kartlardan istifadə etmək mümkündür.

"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını metronun bütün stansiyalarının vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların paytaxtdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

"BakıKart"ın (Plastik kart) satış qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. Terminallarda "Bakıkart"ın balansının artırılması mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

"BakıKart Məhdud istifadə üçün" kartının satış qiyməti isə 20 qəpikdir. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür və 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda bu növ kartın balansının artırılması mümkün deyildir. Bu kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edənlər üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır.

Sərnişinlər "MetroKart" və "BakıKart"ları ilə yaranmış hər-hansı bir problemlə bağlı "20 Yanvar", "Cəfər Cabbarlı", "Nəriman Nərimanov", "Neftçilər" stansiyalarında fəaliyyətdə olan "Kart-Analiz" mərkəzlərlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada məmurlara və hərbçilərə səhvən 5 milyon avro artıq pul ödənildi

Almaniyada məmurlara və hərbçilərə səhvən 5 milyon avro artıq pul ödənildi

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

Gecələr yata bilməyənlər bunu oxusun

Gecələr yata bilməyənlər bunu oxusun

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

End of content

No more pages to load

RADİO