Vallah, əksər (95 faiz) icra başçılarına-xalqın canına və malına qənim kəsilən icra başçılarına baxanda, müqayisə edəndə onların içərisində yenə də Xaləddin müəllim ən peşəkarlarından, ən bacarıqlılarından, ən insaflılarından, az-çox iş görənlərindən, kasıba-kusuba əl tutanlarından biri sayıla bilər...Bunu da durduğum yerdə təsadüfdən, elə-belə və ya kiməsə yarınmaq (və yaxud da, onunla yerli, qonşu kənndən olduğum üçün) üçün yazmıram, demirəm...Çünki son aylar (daha çox may ayından bu yana) onun haqqında açıq-aşkar və məqsədli şəkildə gözdənsalma, qara piar kampaniyası aparılır... Tanıyan da, tanımayan da, bilən də, bilməyən də sanki bu "prosesə" "səfərbər" olunub...
Əslində isə Azərbaycanda son 22-24 ildə cəmi (indiyə kimi) 3-4 icra başçısı (keçmiş icra başçısı Səmayə Piriyeva, Şabranın indiki başçısı Novruz Novruz və sair) olub və var ki, xüsusi əmr, təlimat, tapşırıq gözləmədən öz yanlarından az-çox quruculuq-abadlıq işləri ilə məşğul olub, yerli problemlərin həlində nəsə etməyə çalışıblar...İndiki Binəqədi ilə köhhə Binəqədini, belə demək mümkünsə, müqayisə edəndə (xüsusilə, Biləcəridə, Bakı-Şamaxı yolunun Binəqədiyə aid hissəsində, kənd-qəsəbə Binəqədidə görülən işləri və sair) açıq-aşkar görmək olar və mümkündür ki, nə qədər müsbətə, irəliyə doğru inkişaf var...5-10 il öncə Binəqədidən (kənd və qəsəbələr qarışıq) üfunət iyi gəlirdi, bunun şəxsən özüm şahidiyəm, amma indi yerlə-göy qədər müsbətə doğru fərq var...Bunlar da təbii ki, Xaləddin müəllimin təşkilatçılığı, peşəkarlığı sayəsində mümkün olub...Həllini gözləyən problemlər də var və az deyil, sadəcə, imkan vermək lazımdır ki, onlar da həllini tapsın...
19 may faciəsinə gəlincə isə çox təəssüflər olsun ki, əsl səbəblər və səbəbkarlar qaldı qıraqda, daha çox tənqid hədəfində, hədəf taxtasında Xaləddin müəllim göstərildi, əyləşdirilməyə cəhd edildi...Özü də qəsdən və bilərəkdən...Marıqda yatmış, pusquda dayanmış, onu bir qaşıq suda boğman istəyən dairələr və onlara qulluq edənlər tərəfindən...Əllərinə sanki fürsət düşmüşdü...Xalqın faciəsi üzərində "şahmat-siyasət oyunu" yapmaq kimi şərəfsiz işlərə baş vurmuşdular... Amma niyyətləri baş tutmadı, məkrli məqsədlərinə ulaşa bilmədilər anti-Xaləddinçilər...Onu dövlət başçısının gözündən sala bilmədilər...Çünki dövlət başçısı özü hər şeyi, kimin kim olduğunu yaxşı bilir, görür və hər bir məsələni də necə lazımdırsa, yoluna qoyur!
Odur ki, Xaləddin müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram və arzu edirəm ki, Binəqədinin və binəqədililərin problemlərinin həllinə daha canı-dildən girişsin, onların həllinə nail olsun!
Kamil Həmzəoğlu (Həmidov)