Bugünlərdə redaksiyamıza daxil olan məlumata görə, respublikadakı bütün xəstəxanalara dərman preparatlarının yeni qiymətləndirilməsi sistemi ilə əlaqədar olaraq xəstələrə resept olaraq müəyyən firma mallarının yazılması qadağan edilib. Məlumata görə, qadağanı pozan şəxslərin ciddi şəkildə cəzalandırılacağı bildirilib.
Moderator.az xəbər verir
ki, məlum informasiyanı dəqiqləşdirmək məqsədi ilə “Hürriyyət”x9d qəzeti Səhiyyə
Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildiriblər
ki, həkimlərə resept yazılması ilə bağlı hər hansı qadağa qoyulmayıb və belə bir
qadağanın qoyulması mümkün də deyil:
“Həkimlərə resept yazmağı
necə qadağan eləmək olar? Həkim xəstəni müalicə etmək üçün ona resept yazmalıdır. Bunun bağlı həkimlərə hər hansı qadağa qoyulmayıb və qoyulması mümkün
də deyil”x9d.
Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, səhiyyə sistemindəki yeniliklərlə bağlı vətəndaşlara
nazirliyin rəsmi saytında lazımi məlumatlar verilir və insanlar bu yolla gərəkli
məlumatları əldə edə bilərlər.
Seymur Əliyev