Cəbrayıl ərazisində axtarışlar zamanı daha bir erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb və məhkəmə tibbi ekspertizası təyin edilib.
Məlumata görə, axtarış işləri Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan istiqamətlərində və Sünik (Zəngəzur) bölgəsinin Mehri şəhərinin keçmiş inzibati ərazilərində aparılıb.
Erməni mediası qar yağması səbəbindən axtarışların mümkünsüz olduğunu yazıb.
Bizim.Media