Azərbaycanın işğaldan azad edilən rayonlarında bu gün rəsmi Bakının qadağası səbəbindən erməni cəsədlərinin axtarış işləri aparılmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” nəşri yayıb.
"Dedilər ki, 1990-cı ilin yanvar hadisələrinin Bakıda ildönümü qeyd edilir, ermənilər onların ərazisinə daxil olmasınlar", deyə mənbə yazıb.
Dünən isə axtarış işləri Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan və Ermənistanın Sünik vilayətindəki Mehri şəhərinin keçmiş inzibati ərazisində həyata keçirilib.
Nəticədə Cəbrayılda bir erməni hərbi qulluqçunun cəsədinin qalıqları tapılıb, onun şəxsiyyətinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza təyin edilib.
Noyabr ayında axtarış işlərinin başlanmasından bəri, son döyüş zonasında 1 247 hərbçinin və mülki şəxslərin cəsədləri və qalıqları aşkar edilib.
Bizim.Media