"Azərbaycanda COVID-19-a qarşı başlayan vaksinləmə prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".
Bizim.Media-nın məlumatına görə, bunu Səhiyyə Nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında deyib.
O vaksinləmə prosesinin ilkin mərhələdə tibb işçiləri arasında aparılacağını vurğulayıb:
“Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb”.
Bizim.Media