“Sosial və İqtisadi İnkişafın Tərəfdaşları”x9d İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İsmayıllı, Qəbələ, Oğuz, və Qax rayonlarında “KƏND YAŞIL TURİZMİ: REGİONLARDAN BAŞLAYAQ”x9d adlı layihə həyata keçirir. Layihənin əsas məqsədi aşağıdakılardır:
Seçilmiş bölgələrdə kənd yaşıl turizm resurslarının effektli tanıldılması işini təşkil etmək, bu sahəyə milli və beynəlxalq səviyyədə marağın oyanmasına dəstək vermək;
Turist infrastrukturu işçiləri və kəndlərdə turist xidmətləri göstərən insanları maarifləndirmək və bu yöndə təlimatlandırmaqla onların xidmət mədəniyyəti və etiket qaydaları səviyyələrini yüksəltmək və inkişaf etdirmək;
Yerli strukturlar, icmalar və turist obyektləri arasında əməkdaşlıqdan irəli gələn effektli idarəetmə mexanizmləri yaratmaq və bu sahədə regional şəbəkə qurmaq.
Layihə nəticəsində Yerli icma, bələdiyyə və kənd sakinləri kənd yaşıl turizmin inkişafında birbaşa iştirakçıya çevrilmiş, yerli turist xidməti obyektləri arasında sağlam rəqabət mühiti yaranmış, bunun nəticəsində turizm xidmətinin səviyyəsi yüksəlmış və peşəkar xidmət mədəniyyəti formalaşmışdır. Həmçinin regionlarda turistlər üçün xidmət göstərəcək kadrların, o cümlədən, bələdçi-ekskursavodların profesionallıq səviyyəsi artırılmışdır.