20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar sabah Şəhidlər Xiyabanına üz tutan vətəndaşlarımıza heç bir məhdudiyyət qoya bilmərik.
Bunu Bizim.Media-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov söyləyib.
“Biz sadəcə icraedici orqanıq. Şəhidlərimizi ziyarət etmək üçün bu gündən Dağüstü parka ziyarətçilər gəlirlər. Sadəcə olaraq vətəndaşlar respublikada tətbiq olunan karantin qaydalarına əməl etməklə 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini ana bilərlər".
"Gələrkən diqqətli olsunlar, maskadan, digər gigiyenik vasitələrdən istifadə etsinlər. Onların karantin qaydalarına uyğun ziyarət etməkləri üçün ərazidə kifayət qədər Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəklər”.
Gülşanə Mustafayeva, Bizim.Media