2019-cu illə müqayisədə ötən il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,8 dəfə azalaraq 1 milyon 164,6 min nəfər olub.
Bizim.Media-ya Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər edib.
Gedənlərin 70,4 faizi kişilər, 29,6 faizi qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstana gedənlərin sayı 5,2 dəfə, Rusiyaya gedənlərin sayı 4,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.
2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 73,2 faizi dəmir yolu və avtomobil, 23,8 faizi hava, 3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media