Əmisini öldürən keçmiş polis işçisinin məhkəməsi başlayır

12 iyul 2020-ci il tarixdə  saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Səniybər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatına görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Səniybər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, qətli törədən Arzu İsgəndərov əvvəllər Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşı olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Ədalət Fərəcovla bağlı SƏRƏNCAM

Prezidentdən Ədalət Fərəcovla bağlı SƏRƏNCAM

Bu ay 14 gün İŞ OLMAYACAQ

Bu ay 14 gün İŞ OLMAYACAQ

Bakı qlobal şəhərsalma mərkəzi kimi önə çıxır - FOTO

Bakı qlobal şəhərsalma mərkəzi kimi önə çıxır - FOTO

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların maaşları ilə bağlı YENİLİK

Qadınların maaşları ilə bağlı YENİLİK

Milli Məclis məhkəmə aktları ilə bağlı sazişi TƏSDİQLƏDİ

Milli Məclis məhkəmə aktları ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar

Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar

Peşə və kolleclərdə təhsil alanlara da “TələbəPlus” kartı VERİLƏCƏK - RƏSMİ

Peşə və kolleclərdə təhsil alanlara da “TələbəPlus” kartı VERİLƏCƏK - RƏSMİ

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişdi

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişdi

Lənkəranda ANTİSANİTAR VƏZİYYƏT – Quş kəsimi sexinin tullantıları birbaşa dənizə axıdılıb – FOTO

Lənkəranda ANTİSANİTAR VƏZİYYƏT – Quş kəsimi sexinin tullantıları birbaşa dənizə axıdılıb – FOTO

SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Yaxşı niyyət, pis nəticə: Quşları çörək qırıntıları ilə bəsləməyin ölümcül təhlükəsi

Yaxşı niyyət, pis nəticə: Quşları çörək qırıntıları ilə bəsləməyin ölümcül təhlükəsi

Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Bayrağa hörmətsizlik edən şəxs barəsində tədbir görüləcək – VİDEO

Bayrağa hörmətsizlik edən şəxs barəsində tədbir görüləcək – VİDEO

Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi – FOTO

Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi – FOTO

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

Bu gündən Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı – VİDEO

Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı – VİDEO

Ziyafət Əsgərov Milli Məclisdə komissiya sədri OLDU

Ziyafət Əsgərov Milli Məclisdə komissiya sədri OLDU

Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”

Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”

Bu gün TƏBİB-də yüksək vəzifəyə təyin olunanların ADLARI

Bu gün TƏBİB-də yüksək vəzifəyə təyin olunanların ADLARI

Şəhərsalma Forumuna görə 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan KEÇİB

Şəhərsalma Forumuna görə 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan KEÇİB

DİQQƏT! Bakının mərkəzi yolları BAĞLANIR – SİYAHI

DİQQƏT! Bakının mərkəzi yolları BAĞLANIR – SİYAHI

End of content

No more pages to load

RADİO