“Bu yolun cəfası səfasından qat-qat çoxdur”x9d

Xalq şairi, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı media mənsublarına təbrik ünvanlayıb.  

 VHP mətbuat xidmətindən Moderator.az-a daxil olan müraciətdə deyilir:   

“Hörmətli media nümayəndələri!   Sizi Milli Mətbuatın 140 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.   140 il əvvəl Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti ilə təməlini qoyduğu Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçib. Keçilən bu yolun cəfası səfasından qat-qat çoxdur; dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan məbuat, tarixinin böyük kəsimini - əvvəlcə Çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində - senzura altında yaşayıb. Qısa bir sürə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq sözünü deməyə çalışıb. Gah Ezop dilindən, gah bənzətmələrdən, Azərbaycan dilinin zəngin və çoxmənalı qatından istifdə edən jurnalistlər hər zaman bu və ya digər formada xalqa həqiqəti çatdırmağı özlərinə borc biliblər. Təsadüfü deyil ki, Azərbaycanda Milli Azadlıq Hərəkatı başlananda da onun önündə gedənlər qələm əhli, yaradıcı insanlar oldular.   Azərbaycan mətbuatı ilk fürsətdəcə, 1989-cu ildə müstəqil mətbuatı yaratdı. 1989-cu il oktyabrın 3-də işıq üzü görən «Azərbaycan» qəzeti müstəqilliyimizin qaranquşu oldu və qısa müddətdən sonra yeni, azad, müstəqil mətbuatın bünövrəsi qoyuldu.   Müstəqil mətbuatın təşəkkül tapdığı bu 26 ildə mətbuat çox böyük nailiyyətlər qazandı: Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə ölkədə çatışmazlıqların aradan qaldırılması, plüralizmin, demokratiyanın formalaşmasında və vətəndaş cəmiyyəti quruculuğunda yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.   Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, bu güzgü hələlik, o qədər də gözəl mənzərə əks etdirmir. Ancaq mən heç bir zaman ümidsiz olmadım: hamı xoş bir xəyal sananda belə Azərbaycanın müstəqilliyinə inandım, indi də Güneyli-Quzeyli bütöv, güclü və demokratik bir dövlətimizə qovuşacağımıza əminəm.   Hörmətli mətbuat nümayəndələri!   Bir qələm adamı və jurnalist olaraq bir daha sizləri, həmkarlarımı təbrik edir və media əhli başda olmaqla, arzularımıza gedən yolda yürüyən hər bir kəsə uğurlar arzulayıram”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

Gürcüstanda əcnəbi tələbələrə yeni qadağalar: Dil imtahanı, kvotalar və akkreditasiya tələbi

Gürcüstanda əcnəbi tələbələrə yeni qadağalar: Dil imtahanı, kvotalar və akkreditasiya tələbi

Meksika Prezidenti Dünya Çempionatında biletlərin baha olmasına etiraz etdi - VİDEO

Meksika Prezidenti Dünya Çempionatında biletlərin baha olmasına etiraz etdi - VİDEO

Ermənistanda memorial kompleksə zərər vuran şəxs saxlanıldı - VİDEO

Ermənistanda memorial kompleksə zərər vuran şəxs saxlanıldı - VİDEO

Sevastopol qubernatoru: "Yaxın vaxtlarda PUA-lara qarşı yeni üsul tətbiq olunacaq" - VİDEO

Sevastopol qubernatoru: "Yaxın vaxtlarda PUA-lara qarşı yeni üsul tətbiq olunacaq" - VİDEO

Zelenskidən ŞOK AÇIQLAMA: "Sülh sazişini yəqin ki, Putinlə imzalamayacağıq” - FOTO

Zelenskidən ŞOK AÇIQLAMA: "Sülh sazişini yəqin ki, Putinlə imzalamayacağıq” - FOTO

İran və ABŞ arasında tarixi addım: Qalibaf və Vens bu gün virtual memorandum imzalayacaqlar

İran və ABŞ arasında tarixi addım: Qalibaf və Vens bu gün virtual memorandum imzalayacaqlar

Rusiya İctimai Palatasının rəsmisi: "Çin avtomobilləri artıq Yaponiya və Almaniya modellərini qabaqlayır"

Rusiya İctimai Palatasının rəsmisi: "Çin avtomobilləri artıq Yaponiya və Almaniya modellərini qabaqlayır"

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olundu

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olundu

Alimlər sübut etdilər: İnsan beyni 90 yaşına qədər inkişaf edə bilər

Alimlər sübut etdilər: İnsan beyni 90 yaşına qədər inkişaf edə bilər

Qətər nümayəndə heyəti Tehrandadır: ABŞ-İran sülh memorandumu bu gün onlayn imzalanacaq

Qətər nümayəndə heyəti Tehrandadır: ABŞ-İran sülh memorandumu bu gün onlayn imzalanacaq

Barak Obamanın adaşı onun adından istifadə etdi - Prezidentlik yarışına qoşulur - VİDEO

Barak Obamanın adaşı onun adından istifadə etdi - Prezidentlik yarışına qoşulur - VİDEO

30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi - VİDEO

30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi - VİDEO

Ermənistanda gərginlik pik həddə: 3 müxalif qüvvə xalqı MSK qarşısına çağırdı

Ermənistanda gərginlik pik həddə: 3 müxalif qüvvə xalqı MSK qarşısına çağırdı

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Britaniya ordusu Rusiyanın neft tankerini Manş boğazında saxladı

Britaniya ordusu Rusiyanın neft tankerini Manş boğazında saxladı

Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir

Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir

ABŞ-da "doğuş turizmi" ilə mübarizə kəskinləşir: Vizalar ləğv edilir - VİDEO

ABŞ-da "doğuş turizmi" ilə mübarizə kəskinləşir: Vizalar ləğv edilir - VİDEO

ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

End of content

No more pages to load

RADİO