Qənirə Paşayeva yenidən Mikayıl Cabbarova müraciət edəcək

Moderator.az - ın verdiyi xəbərə görə, Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibəti ilə Hunanda müəllimlərlə görüşdə uşaqların Azərbaycan dili, tarixi, ədəbiyyatı və çoğrafiyasını öyrənməsinə xüsusi diqqət ayırmağa çağırıb.

Qarşıdan gələn Ramazan Bayramı münasibətilə millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistandan qaçqın düşmüş soydaşlarımızın da yaşadığı Hunan kəndində müəllimlərlə, sakinlərlə görüşüb. Ramazanın bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb. Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bir neçə ciddi məsələyə də toxunub. O, bildirib ki, uşaqlarımız hansı peşənin arxasında getməsindən asılı olmayaraq ana dili, Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı bilməlidirlər. Hansı məktəbdə uşaqlar bu fənlərdən pis nəticə göstərirlərsə, onun özü ilə bərabər müəllimləri və bütünlükdə məktəb bundan utanmalı və ciddi addımlar atmalıdırlar deyib. 

Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Məktəbin direktoru Eldar Qarayev çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib. Q.Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. Müəllimlər Hunan kənd orta məktəbinin binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması və yeni məktəbin tikintisinə böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürlərini bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. 

Hunan kənd orta məktəbin binasının vəziyyətinin təhsil üçün çox ağır vəziyyətdə olduğunu deyən millət vəkili Qənirə Paşayeva kəndə yeni məktəbin tikintisi üçün baş nazir cənab Artur Rəsizadəyə və Təhsil nazirinə müraciət etdiyini və problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb. Deputat məktəbdə şagirdlərlə də görüşüb və onlarla söhbət edib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə ”“ narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür deyib. Q.Paşayeva bütün müəllimlərə və yaxşı oxuyan şagirdlərə bayram hədiyyəsı ilə bərabər müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib. 

Millət vəkili Qənirə Paşayeva kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüblər və onların da qarşıdan gələn bayramlarını təbrik ediblər
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

End of content

No more pages to load

RADİO