“Azərbaycanda ədalət mühakiməsi olmadığını dediyim üçün vəkillikdən kənarlaşdırıldım”x9d
Nizami rayon Məhkəməsi tanınmış vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı hökm verib.
Moderator.az - a açıqlama verən Xalid Bağırov vəkillikdən azad olunma səbəbləri barədə danışıb:
"Mən Azərbaycanda ədalət mühakiməsi olmadığını dediyim üçün Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkillikdən çıxarılmağım üçün məhkəməyə verilmişdim. Məhkəmədə təsdiq olunmalı idi mən demiş olduğum sözlərdə haqlı olmuşam, ya yox. Şükr Allaha, məhkəmə qərarı ilə təsdiq etdi ki, mən dediklərimdə haqlıyam. Azərbaycanda ədalət mühakiməsi yox imiş."
Xəyal Əzizov