Salam hörmətli “Moderator”x9d! Təhsillə və onun problemləri ilə bağlı apardığınız müzakirəni mən də izlədim. Bu müzakirədə sadəcə təhsildə idarəetmədə çalışan insanlar fikirlərini bildirdilər. Təəssüf ki, müəllimlər belə müzakirələrə qoşulmurlar. Yəqin ki, yaxşı bir nəticənin olacağından əmin deyillər. Amma bütün hallarda əsl problemin nədə olduğunu müəllimlər daha yaxşı bilirlər. Odur ki, belə müzakirələrə onlar da qoşulsalar yaxşı olardı. O da məlumdur ki, cəmiyyətimizin ən çox çalışan və əziyyət çəkənləri müəllimlər olsa da , ən incik və daha çox haqsızlığa uğrayan da onlardır. Əlbəttə bu, daha geniş bir müzakirənin mövzusudur. Çünki təhsildəki əsas problem müəllimin təhsili və bacarığı ilə bağlı deyildir. Müəllimlər üçün yaradılan imtahan, müsabiqə maneələri heç də təhsilin problemlərini həll etmir. Əslində məktəb elə bir mühit olmalıdır ki, orda sadəcə təhsil yox, tərbiyə də önəmli olsun. İyirmi ilə yaxındır ki, müəllim işləyirəm, təhsil və təlim proseslərinin birbaşa iştirakçısı olaraq mən də öz münasibətimi bildirmək istədim.
Şərqin hikmət elmi, qərbin kapitalı.
İslam, dövlət quruluşu şəklində qalmasa da öz taxt-tacını könüllərdə qurdu. Mədrəsələr açıldı, İslam dini öyrədildi, onunla bərabər dünyəvi elmlər də, riyaziyyat, həndəsə, astronomiya da. Neçə-neçə islam alimləri yetişdi, onların davamçıları və tələbələri dünya elminə töhvələr verdilər. İbn Sina, Məhəmməd Fərabi, Əbu Reyhan əl-Biruni, Əhməd Yəsəvi, Uluqbəy, N.Tusi, Mövlanə Cəlaləddin Rumi, Yunus Əmrə, Nizami Gəncəvi, Füzuli və s. Onlar öyrəndiklərini hikmətə, müdrik fikirlərə çevirirdilər. Qərb alimləri Şərqdən çox şey öyrəndilər, amma onlar öyrəndiklərini daha çox pula çevirməyi bacarırdılar. Amma elm sadəcə möcüzəli düsturlardan, təriflərdən, çertyojlardan ibarət deyil, elm həm də könlümüzün qazandıqlarıdır. İslam həm də əxlaqımızın, ədəbimizin, mənəviyyatımızın mizan-tərəzisinə çevrilirdi. Atalar sözlərimiz yaranırdı. ”žNə əkərsən, onu biçərsən“, ”žPislik edən, pislik görər, yaxşılıq edən yaxşılıq görər“. Nyuton isə deyirdi:“ Təsir qarşlıqlıdır“. Mexanikanın qızıl qaydası belədir:“ Qüvvədə qazanan məsafədə itirir, məsafədə qazanan qüvvədə itirir“. Atalarımız isə belə deyirdi:“ Cəfa çəkməsən, səfa görməzsən“. Hər ikisi elmdir. Hikmətin, məntiqin gücü, qazandırdıqları çoxdur, yoxsa sadəcə düsturların, təriflərin ? Hikmətlə, müdrikliklə könülləri fəth etmək olar. İçdən gələn bir hikmətli sözlə, ya ibrətamiz rəvayətlə bir qatili və ya oğrunu insanlığa yenidən qazandıra, islah edə bilərsən, amma nə düsturla, nə təriflə, nə də qanunlarla bunu heç vaxt edə bilməzsən. Əgər savadsızlıq varsa, nələrsə yolunda getmirsə günahı nə dində axtarın, nə də müəllimlərdə. Həmin ölkədə insanların nəyə önəm verdiyində axtarın. Savadsızlıq kütləviləşirsə, ya bilik doğru şəkildə verilmir, ya da doğru bilik verilmir və insanlar bunun fərqində deyildir. Demək ki, insanı yaradan Tanrı, onun biliyi həm doğru şəkildə, həm də doğru bilik almasında maraqlıdır, düşünmək lazımdır.
Bizim eradan əvvəl Hindisatan elmin, biliyin məbədi sayılırdı. Hind müdrikləri öz elmini yaymağa, insanların həyatında elmin əhəmiyyətini göstərməyə çalışırdılar.
Amma sonra nə baş verdi, Hindistan cahillər, yoxsullar, ölkəsinə çevrildi. Niyə? Çünki dünyanın hər tərəfindən insanlar Hindistana elm öyrənməyə yox, qızıl, sərvət, qiymətli daş-qaş ardınca gəlirdilər. Hindistan hərtərəfli talanırdı. Qiymətli kitablar oğurlanır, əcnəbilərə baha qiymətlərə satılır, yaxud da kitabxanalar hərbi hücumlar zamanı yandırılırdı. Bu hadisələr təkcə Hindistanda yox, bütün Şərqdə, Afrikada, Ərəbistanda baş verirdi.
Deylənə görə 57 müsəlman ölkəsi var, doğrudanmı onlar müsəlman ölkəsidir? Məgər müsəlman dövləti qurmaq, onu İslam qanunları ilə idarə etmək belə asandır? Belə olsaydı ən güclü İslam dövlətini elə Məhəmməd(s.ə.s) peyğəmbər zamanında qurardı və indi də dünyanın ən güclü dövləti olardı. Amma o dövrün varlıları öz sərvətlərini paylaşmaq istəmirdilər, qadınları kölə kimi alıb-satırdılar, yetimin haqqını yeyir, qız uşaqlarını dir-diri basdırırdılar. İslamın ən sadə prinsipləri onlara xoş gəlmirdi, müsəlmanın qardaş olması, hər kəsin Tanrı qarşısında bərabər olması, qadınların kölə olmaması, varlının öz dövlətini kasıblarla paylaşması , hər kəsin təhsil almasının və əxlaqlı həyat tərzi sürməyin vacibliyi. Ona görə də dünyanın ilk müsəlman dövlətini quranlar və onu yaşatmaq istəyənlər də Kərbəla çölündə şəhid edildilər. İslam dövlətini nə milyarder ərəb şeyxləri, nə silah alveri ilə məşğul olan İran mollaları qura bilməzdi, yəqin ki, bu fikirdə olmayıblar və indi də bu fikirdə deyillər. İnsanlar Çinə elm ardınca deyil, sərvət ardınca gedirdilər. İnsanların başına gələn bütün faciələr tamahın hər şeyə üstün gəlməsi ilə bağlıdır. Düşünməyin ki, keçmişin zərzibalı, möhtəşəm , çal-çağırlı sarayları olan padşahları ölüb gedib. Əsla, onların xələfləri qalstukda, kostyumda hələ də dövlətləri yönəldirlər. Sərvətlərini isə banklarda gizlədirlər. Yəni, dəyişən bir şey yox.
Yunanıstanın bu günkü halına baxın. Dünyaya neçə-neçə filosoflar, müdriklər bəxş edən bu ölkə indi borc batağında çapalayır. Səmərqənd, Bağdad, İrak, Təbriz, Xorasan, Konya, Şirvan, Bakı, Gəncə bəziləri eyni, bəziləri müxtəlif zamanların elm-bilim mərkəzləri sayılıb. Dünya elminə və mənəviyyat xəzinəsinə minlərlə incilər bəxş ediblər. Amma indi bunu demək mümkündürmü? Hər bir hadisənin və prosesin əsasında insanın nəyə önəm verməsi dayanır. İnsan nəyə önəm verirsə tədricən onun əsirinə çevrilir. Ən pisi isə pulun, sərvətin əsirinə çevrilən yönəticilərin, dövlət başçılarının olmasıdır. Belə ölkələrdə elmin, mənəviyyatın inkişafı mümkün deyildir. Deyilənə görə Ayda qiymətli maddə tapılıb, ona görə də xristian dövlətləri Ayı da, hətta Marsı da bölüşüblər və müsəlmanlara qalmayıb. Yerdə bu qədər ac, yoxsul, təhsilsiz insanlar varkən Ayda torpaq almaq hansı inkişafdan və yaxşı niyyətdən xəbər verə bilər? Bu, dünya ağalığı iddiası deyilmi? Bir vaxtlar kilsə, insanların savadsızlıqlarından yararlanırdılar. Alimlər elmlə məşğul olub doğruları ortaya çıxarınca, din kilsənin əlində bir alətə çevrildi və öz ”žnüfuzlarını“, təsiredici gücünü qorumaq üçün, guya müqəddəs kitaba ziddir deyib alimləri gah yandırır, gah zəhərləyir, edam etdirir, gah da fikirlərindən əl çəkməyə məcbur edirdilər. İllər sonra isə bu inkişafın qarşısında aciz qalan kilsə, öz varlığını saxlamaq üçün yavaş-yavaş ondan yararlanmağa başladı. Bu gün də elmdən və texnoloğiyadan daha çox yararlananlar dini vasitəyə çevirənlərdir. Məsələn, şəxsi təyyarəsi, onlarla avtomobili,
qızıldan hamamı, kosmosda peyki olan gerizəkalı şeyxlər, onların gülməşəkər balaları, ən son model öldürürcü silahlara sahib olan mafiyaları idarə edən kilsələr.
Amma ümidsizliyə qapılmaq lazım deyil. Çünki İslam dini elə bir müdriklik xəzinəsidir ki, ürəkləri fəth etməkdə davam edir. İnsanlar bu xəzinəni kəşf etdikcə, İlahi qüdrətin ədalətinə və mərhəmətinə inanırlar, yetər ki, insanlar özlərinə inansınlar və daxilən azad olsunlar. Elmli və bilikli, mənəvi cəhətdən zəngin insan olmaq üçün sadəcə test tapşırıqları həll etməyin , hansısa qrupu seçməyin doğru olmadığını anlamalıyıq. Həyatımızı düzgün və məntiqlə yaşamaq üçün İslam dünyasının zənginliyinə hər zaman ehtiyacımız vardır. Hörmətlə Mehparə Rəhimqızı.