Polad Bülbüloğlundan tanınmış müğənniyə sərt sözlər+Yenilənib

Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

“Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə səfər etmək istəyən xarici vətəndaşlara birmənalı şəkildə bəyan edib ki, işğalın davam etdirilməsi ilə əlaqədar yuxarıda sadalanan və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınan ərazilərə Azərbaycanın razılığı olmadan səfər etmək Azərbaycanın ərazi bütövlüyünü tanımamaq, milli qanunvericiliyi, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qiymətləndirilir”x9d.
 
Azərbaycanın Rusiyadakı səfirliyindən Moderator.az-a verilən məlumata görə, bu barədə səfir Polad Bülbüloğlunun rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın Dağlıq Qarabağa səfəri ilə əlaqədar bəyanatında deyilir.
 
Səfir qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş şəxslərin Azərbaycan ərazisinə daxil olması qadağan ediləcək: “Hesab edirəm ki, Rusiya vətəndaşı olan Lyubov Kazarnovskaya Rusiya Xarici İşlər Nazirliyinin konsuluq xəbərləri portalında yerləşən xəbərdarlığa diqqətlə yanaşmalı idi.  Məlumdur ki, yaradıcı insanlar fəaliyyət göstərdiyi dövr ərzində maddi mükafatlar alırlar. Aydındır ki, xanım Kazarnovskayanın bu səfər üçün müəyyən şəxsi stimulu olub. Lakin bu fakt jurnalist, həkim, pedaqoq, idmançı, səhnə və ya efir adamı olmasından asılı olmayaraq hər kəsin əməl etməyə məcbur olduğu və universal xarakter daşıyan qanunu pozmaq məsuliyyətini üzərindən götürmür. Lyubov Kazarnovskayanın yaradıcılığına böyük hörmətlə yanaşaraq xatırlatmaq istərdim ki, o, işğal olunmuş ərazilərə səfər etməklə və sonra KİV-ə verdiyi açıqlamalarla Azərbaycanın silahlı təcavüz, etnik təmizləmə, dinc əhalinin öldürülməsi, Azərbaycan zəngin mədəniyyətinin və musiqi irsinin məhv edilməsi  nəticəsində işğal olunmuş torpaqlarında yaradılan qanunsuz rejimin vəkili qismində çıxış etməş olub.  
 
O da aydındır ki, öz bəyanatları ilə o, ixtiyari və ya qeyri-ixtiyari Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri təbliğ etməyə xidmət edib. Bununla yanaşı o, Azərbaycanın işğal olunmuş ərazilərinin silahlı münaqişə zonası olduğunu qeyd etməyib. Dəmək olar ki, hər gün bu ərazidə intensiv atışmalar olur, snayper atışları baş verir, ölümlə nəticələnən mina partlayışları baş verir. Bütün bu amillər bu qədər ciddi risklər qarşısında bu əraziyə səfərlərlə bağlı təbliğatın qəbuledilməz olduğunu şərtləndirir, bunları görməzdən gəlmək isə Lyubov Kazarnovskayanın fikrinə inanan böyük bir auditoriyanı qəsdən ölümcül təhlükəyə uğratmaqdır. Lyubov Kazarnovskaya bu səfəri həyata keçirməklə, onun Azərbaycan tərəfindən “qara siyahı”x9dya salınması məsələsinə görə birbaşa özü məsuliyyət daşıyır. Eyni zamanda bir daha Rusiya vətəndaşlarını həm hüquqi, həm də yuxarıdakıları nəzərə alaraq ölümcül nəticələrə gətirib çıxara biləcək bu kimi səhvləri etməkdən çəkinməyə çağırıram”x9d. 




`Rusiyalı tanınmış opera müğənnisi Lyudmila Kazarnovskaya Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində səfər etməklə beynəlxalq normaları pozub`. 

Moderator.az-ın məlumatına görə, bu barədə `TASS`-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. 

P.Bülbüloğlu Kazarnovskayanın Azərbaycanın `qara siyahı`sına salınmasından da danışıb: `Müğənninin Dağlıq Qarabağa səfər etməsi barədə qərarı bütün beynəlxalq qaydaları pozur. Azərbaycan rəhbərliyi peşəsindən asılı olmayaraq, hər kəsə qarşı bu addımı atır`. 

Səfir qeyd edib ki, tanınmayan ərazilərin ziyarət edilməsi yalnız müvafiq ölkənin rəhbərliyinin icazəsi ilə həyata keçirilir. Bu halda isə Dağlıq Qarabağ Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayıb və həmin əraziyə səfərlər Azərbaycan rəhbərliyinin razılığı əsasında həyata keçirilməlidir. 

Qeyd edək ki, iyulun ikisi məşhur opera müğənnisi Lyubov Kazarnovskaya bu günlərdə Azərbaycanın işğal altında olan torpaqlarında səfərdədir.

Səfər çərçivəsində müğənni, pedaqoq, professor “Dağlıq Qarabağ Respublikası”x9d, Ermənistan və Rusiyadan olan istedadlar üçün master-klasslar keçib. 

Opera müğənnisinin özü isə erməni KİV-nə müsahibəsində bəyan edib ki, dinləmələr gələcəkdə Qarabağda Opera Mərkəzinin yaradılması məqsədilə keçirilir. 

Qondarma “Dağlıq Qarabağ Respublikası”x9dnın mədəniyyət və gənclər nazirinin sözlərinə görə, müğənni Azərbaycanın qara siyahılarına baxmayaraq uzunmüddətli əməkdaşlığa hazırdır və müxtəlif tədbirlərdə iştirak etmək məqsədilə sentyabrda Qarabağa yenidən səfər etməyi planlaşdırır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

End of content

No more pages to load

RADİO