Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən “Aqrolizinq”x9d ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq”x9d ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Moderator.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.