“Əlavələr təqaüdlərlə birlikdə veriləcək” - ƏƏSMN

“Bildiyiniz kimi, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edildi. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Əhaliyə şad xəbər: Nazir müavini şəxsən açıqladı


Onun sözlərinə görə, indiyədək I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyasına əlavələr istisna olmaqla) ləğv olunsa da, əvəzində onlara verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb.

Beləliklə, I dərəcə əlilliyi olan şəxslərə yönələn sosial ödəniş nəticə etibarilə azalmır, əksinə, daha da artırılır.

“Eyni zamanda, I dərəcə gözdən əlilliyi olan şəxslərin pensiyasının üzərinə edilən 110 manat əlavə də onların aldıqları 100 manat təqaüdlə birləşdirilib və 2021-ci ilin əvvəlindən onlara aylıq 210 manat təqaüd müəyyən edilib”.

O, qeyd edib ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 120 manat əlavənin əvəzində də onlara yeni 120 manat məbləğində təqaüd təsis edilib:

“Habelə elmlər doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 200 manat əlavənin əvəzində onlara yeni 200 manat təqaüd veriləcək. Göründüyü kimi, qeyd olunan şəxslərə yönələn sosial ödənişin forması dəyişsə də, nəticə olaraq onun məbləği dəyişmir".

"Ona görə də hazırda yanvar ayının pensiyasını alarkən müvafiq əlavənin olmadığını gördükdə bilsinlər ki, həmin əlavə məbləğ onların təqaüdləri ilə birləşdirilməklə və ya təqaüd formasında veriləcək. Yaxın günlərdə yanvar ayı üzrə təqaüdlərin də verilməsi təmin olunacaq".

"Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan şəxslərə isə bildiririk ki, onlara qeyd edilən təqaüdlər elektron qaydada, proaktiv şəkildə təyin olunaraq ödəniləcək. Buna görə də təqaüd təyinatı ilə bağlı onların hər hansı quruma müraciət etmələrinə ehtiyac yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Google-un həmtəsisçisi Kaliforniyanı SSRİ ilə müqayisə etdi

Google-un həmtəsisçisi Kaliforniyanı SSRİ ilə müqayisə etdi

Küçədə pul kisəsi tapdı – HƏBS EDİLDİ

Küçədə pul kisəsi tapdı – HƏBS EDİLDİ

Yusufla birgə hamamda zəhərlənən 14 yaşlı qızın FOTOSU

Yusufla birgə hamamda zəhərlənən 14 yaşlı qızın FOTOSU

“Kartof xəstəliyi” RİSKİ - Zavod çörəkləri ilə bağlı HƏYƏCAN TƏBİLİ

“Kartof xəstəliyi” RİSKİ - Zavod çörəkləri ilə bağlı HƏYƏCAN TƏBİLİ

"Ürəyim qan ağlayır" - 14 yaşlı qızın ANASI DANIŞDI

"Ürəyim qan ağlayır" - 14 yaşlı qızın ANASI DANIŞDI

Pezeşkian ABŞ-ın dəniz blokadası haqda: “Uğursuzluğa məhkumdur”

Pezeşkian ABŞ-ın dəniz blokadası haqda: “Uğursuzluğa məhkumdur”

Masazır sakinlərinə ŞAD XƏBƏR – FOTO

Masazır sakinlərinə ŞAD XƏBƏR – FOTO

Bir gündə eyni dəmir yolu keçidində iki “Prius” qatarla toqquşdu – VİDEO

Bir gündə eyni dəmir yolu keçidində iki “Prius” qatarla toqquşdu – VİDEO

Ən çox məhsul satdığımız ölkələr – SİYAHI

Ən çox məhsul satdığımız ölkələr – SİYAHI

Bu körpü Ginnesin Rekordlar Kitabına düşdü

Bu körpü Ginnesin Rekordlar Kitabına düşdü

Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edildi – FOTO

Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edildi – FOTO

Sürücülərin DİQQƏTİNƏ: Mayın 1-də saat 10:00–16:00 aralığında...

Sürücülərin DİQQƏTİNƏ: Mayın 1-də saat 10:00–16:00 aralığında...

Xəstəxanalardakı ÖLÜMCÜL TƏHLÜKƏ - Tibbi tullantılar hara atılır? – ARAŞDIRMA

Xəstəxanalardakı ÖLÜMCÜL TƏHLÜKƏ - Tibbi tullantılar hara atılır? – ARAŞDIRMA

Sabah qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Xankəndi stadionunun son halı - VİDEO

Xankəndi stadionunun son halı - VİDEO

Növbəti köç karvanı Xocavəndə çatdı – VİDEO

Növbəti köç karvanı Xocavəndə çatdı – VİDEO

Ata relslərin üzərinə düşən övladını belə xilas etdi – ANBAAN VİDEO

Ata relslərin üzərinə düşən övladını belə xilas etdi – ANBAAN VİDEO

“Volkswagen” ciddi maliyyə itkisi ilə üzləşdi

“Volkswagen” ciddi maliyyə itkisi ilə üzləşdi

ABŞ-da bu gün İranla bağlı brifinq keçiriləcək

ABŞ-da bu gün İranla bağlı brifinq keçiriləcək

Kadırov Putinlə görüşdə: “İcazə versəniz, yenidən rəhbər olaram” – VİDEO

Kadırov Putinlə görüşdə: “İcazə versəniz, yenidən rəhbər olaram” – VİDEO

Azərbaycan bu il nə qədər qızıl ixrac edib?

Azərbaycan bu il nə qədər qızıl ixrac edib?

Naxçıvanda daş duz emalı yenidən BƏRPA OLUNDU

Naxçıvanda daş duz emalı yenidən BƏRPA OLUNDU

Qiymətli kağızlar bazarında GERİLƏMƏ – Əsas səbəblər və çıxış yolları

Qiymətli kağızlar bazarında GERİLƏMƏ – Əsas səbəblər və çıxış yolları

“Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

“Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

End of content

No more pages to load

RADİO