Birinci Qarabağ qazisi 1 il sonra Şuşada oğlu ilə görüşdü - Özəl MÜSAHİBƏ

Müsahibimiz Şahmar Əliyev I Qarabağ müharibəsinin iştirakçısı və 2-ci qrup əlildir. 1992-ci ilin dekabrında Kmçatkada Sovet ordusunda hərbi xidmətimi bitirərək vətənə dönüb. Deyir ki, bizi təlxis eləmək istəmirdilər, hətta qalıb hərbi qulluqçu kimi işləməyi təklif etmişdilər. Mən həmin çətin illərdə vətənimin darda olduğunu eşidən kimi Azərbaycana qayıtdım, 1993-cü ildə könüllü olaraq cəbhə bölgəsinə yollandım.

Onunla müsahibəmizi təqdim edirik:

- Şahmar müəllim, çox şübhəsiz ki, ağır günlər idi, ordu formalaşmamışdı,  cəbhədə olan silah və ərzaq çatışmazlığı əsgərlərimizin döyüş əzmini azaldırdı. Necə xatırlayırsız?

- Mən döyüşlərdə olduğum zaman artıq Azərbaycana Ulu Öndər Heydər Əliyev rəhbərlik edirdi və yadımdadır ki, cəbhə bölgəsinə bizim üçün tez-tez ərzaq və çörək göndərilirdi. Lakin o rəhbərliyə gəlməmişdən öncə cəbhədə çörək tapılmırdı. Yadımdadır ki, o zaman bizim silah problemimiz var idi və ancaq texniki cəhətdən düşmən bizdən üstün idi. Qruplar şəklində itirilən ərazilərə yenidən hücumlar edirdik. Geri çəkilmək, ruh düşkünlüyü əsla ordumuzda yox idi. O zaman hamımız düşmənin havadarları hesabına bizdən qat-qat yaxşı silahlandığını bilirdik. Açığı deyim ki, torpağımız azad etməyə və ölməyə getmişdim. Əsgərlərimiz arasında yüksək döyüş ruhu var idi. Təəssüf ki, həmin zaman mən Şuşada döyüşə bilmədim, amma çox istəyirdim ki, məhz Şuşa üçün döyüşüm. 

Çox yaxşı yadımdadır. Gərgin keçən döyüşlərdən sonra yaralanmışdım, amma tezliklə sağlamlığımı bərpa edəcəyimi düşünürdüm. 1994-cü ilin martında Ağdamın Kosalar kəndində minaya düşdüm. Bir müddət sonra ayağım amputasiya olundu və yadımdadır ki, ayağımı itirəndən qısa müddət sonra atəşkəs imzalandı və döyüşlər dayandı. Hazırda protezlə yaşayıram. Amma çox sevinirəm ki, oğlum bu gün Şuşada hərbi xidmətdə vətən torpağını qoruyur.

- Oğlunuzun Şuşada hərbi xidmətə yollanacağını eşidəndə nə hisslər keçirdiniz?

- Bir ata öz oğlunu ilk öncə vətəni qorumaq üçün böyüdür. Mən də xoşbəxtəm ki, onu milli ruhda böyütmüşəm. Bəzən bu günlər mənə yuxu kimi gəlir. Uğrunda döyüşdüyüm torpaqlar indi azaddır. Oğlum bir ildir ki, Şuşada N saylı hərbi hissədə vətənin keşiyindədir. Onun Şuşada hərbi xidmətə yollanması bəlkə də, Allahın bizə ən böyük lütfü idi. Keçmiş döyüşçü kimi ona görə xoşbəxtəm ki, mənim qoruya bilmədiyim Şuşanı indi mənim oğlum qoruyur. Oğlum hər gün Qarabağın ürəyi olan Şuşada üçrəngli bayrağımızın kölgəsində dayanır. O bayrağ ki, məhz onun Qarabağda dalğalanması üçün mən ayağımla birlikdə gəncliyimi itirmişəm.

- Şuşaya ayaq basanda keçirdiniz duyğuları bizimlə bölüşə bilərsiniz?
 

- Sözlə ifadə edilə bilməyən duyğulardır. Həsrət məni ağlatmaq istəyəndə qələbə gözlərimi güldürürdü. Çox qarışıq və gözəl hisslər idi. Şuşaya gəlməkdə iki arzum vardı.


Biri həsrətilə döyüşdüyüm Şuşanı görmək, digəri isə Şuşa torpağını göz-bəbəyi kimi qoruyan, bir ildir ayrı qaldığım oğul balamı görmək idi. Çox sevinirəm ki, hər iki arzuma nail ola bildim. Bu mənada bizim döyüş zamanı ürəyimizdə qalan arzularımızı reallaşdırıb Şuşa üçün, Qarabağ üçün döyüşən vətən oğullarımıza və müharibə zamanı həm ön cəbhəyə döyüş tapşırıqlarını verən, eyni zamanda siyasi səhnədə böyük güclərlə döyüşən Ali Baş Komandan İlham Əliyevə bir daha təşəkkür edirəm. Allahdan vətən uğrunda döyüşən bütün şəhidlərimizə rəhmət diləyirəm. 

- Maraqlıdır oğlunuzu Şuşada bir il sonra görəndə ona nə söylədiniz?

- Onu Şuşada hərbi geyimdə görəndə sanki uzun illər öncə müharibədə itirdiyim gəncliyimlə qarşılaşdım. Oğluma dedim ki, mən uzun illər bir ayağımın üzərində üçrəngi bayrağımın kölgəsində azad Şuşanın havasını içimə çəkmək arzusu ilə yaşamışam. “Başının üstündə dalğalanan bayrağ sənin qibləgahındır, oğlum. Unutma ki, o bayrağın indi qoruduğun Şuşada dalğalanmağı üçün illər öncə mənim kimi neçə-neçə atalar sağlamlığını, sənin kimi gənclər 44 günlük müharibədə həyatlarını itiriblər. Mən səni min bir əziyyətlə məhz bu günlər üçün böyütmüşəm. Yalvarıram, torpağına, millətinə və vətəninə həmişə sahib çıx”.

Leyla Şah, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

Tramp: Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya"nın qaydaları dəyişdirildi

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

End of content

No more pages to load

RADİO