Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Zəngilan istiqamətində aparılan axtarış işləri nəticəsində bu gün 14 hərbçinin cəsədi tapılıb.
Verilən məlumata görə, aşkarlanan cəsədlərin tanınması üçün İrəvana yola salıblar.
Hazırda itkin düşən və həlak olan hərçilərin axtarışı qarşılıqlı razılaşma əsasında davam etdirilir.
Erməni tərəfi ehtimal edir ki, Qarabağın meşələrində gizlənib qalmış hərbçilərin də olması mümkündür.
Bizim.Media