Avstraliyanın Melburn şəhərinin qadın sakini üzündə dəyişikliklər hiss edib.
Bizim.Media "REN TV"yə istinadən xəbər verir ki, qadının simasındakı dəyişikliklər yaşla əlaqədar deyil.
Bütün üzü tüklə örtülən qadın peşəkarların yanına gedib, həkimlər bu mutasiyaya yalnız bir səbəb gətiriblər.
"Qadının üzündəki tüklənməyə səbəb uzun illər siqaret çəkməsidir".
37 ildir ki, siqaret çəkən qadının üzünün bütünlüklə tük örtüyü ilə əhatə olunmasından başqa problemlər simasında yorğunluq, fasiləsiz öskürəkdir.
Kimyəvi və radioterapiyadan sonra qaş və kipriklər istisna, üzünə çıxmış digər tüklərin inkişafı dayandırılıb, öskürək də kəsilib.
Bizim.Media