Yanvarın 8-də Salyan rayonunun Düzənlik kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri E. Xəlilov və A. Əliyev rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media