Bakıda qeyri-adi məkan - FOTOLAR

Bakının Mərdəkan qəsəbəsində yeni, müasir çimərlik istirahəti və əyləncə mərkəzi olan "Dalga Beach-Aqua Park" istifadəyə verilib. Report.Az xəbər verir ki, istirahət mərkəzində uşaqlı, böyüklü hər kəsin vaxtını səmərəli keçirməsi üçün şərait yaradılıb. Yayın qızmar günəşindən qaçıb istirahət etmək, əylənmək istəyənlər üçün "Dalga Beach-Aqua Park" ən doğru məkandır. İşdən vaxt tapa bilməyib, büdcəsini düşünüb dağlara, rayonlara gedə bilməyənlər bir an belə tərəddüd etmədən yolunu Mərdəkanda yerləşən "Dalga Beach"dən sala bilərlər. Antalyadakı, Bodrumdakı istirahət mərkəzlərini xatırladan bu məkan gələn qonaqları bir neçə saatlıq uzaqlara aparacaq...

Keyfiyyətli və rahat...

İstirahət mərkəzinin tikintisinə 3 il öncə başlanılıb. "Dalğa Arena"nın yaxınlığında yerləşən kompleksin ümumi ərazisi 5 hektardır. İstirahət mərkəzinə yaxınlaşdıqda ilk olaraq, təxminən 500 avtomobilin park edilə biləcəyi avtodayanacaq diqqəti cəlb edir. Yəni, öz vaxtını burada səmərəli keçirmək istəyənlər, lakin "avtomobil saxlama" dərdi çəkən qonaqlar düşünmədən "Dalga Beach-Aqua Park"ı seçə bilərlər.

Sizin rahatlığınız üçün...

"Dalga Beach-Aqua Park"da hər şey qonaqların rahatlığına hesablanıb. Mərkəzdə 310 nəfər işçi heyəti qonaqların istirahət və əyləncəsini təmin etmək üçün çalışır. Gülərüz və peşəkar kollektivin xidmətləri gələn qonaqların istirahətinə əlavə rəng qatacaq.

Gələrsən, görərsən...

Müştərilər 30 manat ödədikdən sonra kompleksə daxil ola biləcəklər. Bundan sonra qonaqlara "qol lenti" verilir və bu lent vasitəsilə məkan daxilində istirahətin ləzzətini dadmaq mümkündür. Bu lent istirahətini "Dalga Beach-Aqua Park"da etmək istəyənlər üçün bir növ plastik kart rolunu oynayır. Hər bir müştəriyə verilən lentə girişdə yerləşən köşkdə pul yükləmək mümkün olacaq. Həmin məbləğlə isə kompleksdə olan xüsusi xidmətlərdən yararlanmaq mümkündür. Müştərilərin əşyalarının təhlükəsizliyi üçün girişdə xüsusi otaq yaradılıb. İstirahət edib əylənərkən çanta və digər əşyalarından qurtulmaq istəyənlər "qol lenti" vasitəsilə işləyən və yalnız sahibi tərəfindən açılıb-bağlanan qardiroblara üz tuta bilərlər.

"Dalga Beach"də "Golf Car" səyahəti

Əyləncə sevənlər 22 nəfərlik komandanın xidmətlərindən istifadə edə bilərlər. Bu komanda müştərilərə rəqs kursları, səhər idmanı, gimnastika məşqlərini keçməklə onların vaxtlarının səmərəli keçməsinə kömək edəcək. Əyləncə kompleksində müştərilərin ərazidə daha rahat hərəkət etməsi və yüklərinin daşınması üçün "Golf Car"lardan istifadə olunacaq. 10-a yaxın "Golf Car" VİP qonaqlar və ailə xidməti üçün nəzərdə tutulub.

Balacaların "Kids Club"u

Təbii ki, ən xırda detalı belə qonaqların rahatlığına hesablanmış mərkəzdə uşaqlar da diqqətdən kənarda qalmayacaq. Elə girişdəcə balacaları xüsusi maskotlar qarşılayacaq. "Dalga Beach-Aqua Park"ın balacalar üçün göstərdiyi xidmət yalnız bununla bitmir. Ərazidə uşaqların əyləncəsi və istirahəti üçün hər cür şərait yaradılıb. Onlar üçün xüsusi istirahət guşələri yaradılıb ki, körpələr burada tam rahatlıqla istirahət edib, əylənə biləcəklər. 32 nəfərlik yataq yeri olan "Kids Club"da balacaları düşünmədən "Dalga Beach-Aqua Park"ın peşəkarlarına həvalə etmək olar. Həmin ərazidə uşaqların vaxtının şən keçirilməsi üçün kiçik attraksionlar da quraşdırılıb. Burada balaca qonaqlar vaxtlarını səmərəli keçirəcək. Valideynlər öz körpələrini "Kids Club"a əmanət edərək, sərbəst şəkildə istirahətin dadını çıxara bilərlər.

Milli mətbəxdən dünyaya açılan pəncərə

Təbii ki, istirahət zamanı ac qalmaq, qidalanmamaq insanın əhvalını əməlli-başlı korlaya bilər. Qonaqları müxtəlif yeməklər - isti və soyuq xörəklər, qəlyanaltılar, dondurmalar və yayın istisində sərinləmək üçün istənilən sərinləşdirici içkilərlə təmin edən Azərbaycan, Türkiyə və İtaliyadan olan peşəkar aşpazların çalışdığı 6 restoran fəaliyyət göstərir. Bir dəfə milli mətbəxin müxtəlif növ yeməklərini müştərilərə təqdim edən bu restorana gələnlər çətin ki, başqa məkan seçsinlər. Azərbaycan təamlarının əsl dadını hiss etmək istəyənlər yolunu buradan sala bilərlər. "Azəri" restoranı eyni zamanda 110-120 müştəriyə xidmət göstərə bilir.

Dəniz kənarında "Kabab evi"

Sözsüz ki, istirahət zamanı istənilən kimi qidalanmaq üçün "Avropa və dünya mətbəxinin də dadına baxaq" deyənlər az deyil. Bunun üçün, sadəcə "Dalga Beach-Aqua Park"da yerləşən Avropa və dünya mətbəxinin təamlarını təqdim edən restorana baş çəkmək kifayətdir. Peşəkar aşpazlar tərəfindən hazırlanan və təqdim olunan bu yeməklərdən ləzzət almamaq olmur. Yox, əgər siz Avropa və dünya mətbəxinə deyil, kabab yeməyə üstünlük verirsinizsə, o zaman doğru ünvan elə həmin məkanda yerləşən "Kabab evi"dir. 200 nəfərə xidmət göstərən "Kabab evi"ndən razı qalmamaq mümkün deyil.

Qızmar günəş, sərin hava və dondurma

Hər bir insan yayın istisində istirahətə yollanarkən ilk növbədə sərinləmək haqda düşünür. Dəniz kənarında istirahət, istənilən kimi qidalanmaq və... Yəqin yay aylarında dondurma sevənlər də az deyil. Əyləncə və istirahətini dondurma ilə davam etdirmək istəyənlər "Dalga Beach-Aqua Park"da yerləşən "İce Cream"ə üz tutsalar peşman olmazlar. Keyfiyyətə üstünlük verən peşəkarların çalışdığı bu məkana kənardan heç bir qida məhsulu daxil olmur. Elə, dadı damaqda qalacaq dondurmalar da "İce Cream"in peşəkarları tərəfindən hazırlanır. Əgər şirniyyat sevirsinizsə, "Cookics Cafe" sizin zövqünüzə və istəyinizə uyğun çeşidləri ilə xidmətinizdə olacaq.

"Yelkən" və "Mayak"

Qonaqların istirahətini ürəkləri istəyən kimi keçirmələri üçün sadalananlardan əlavə daha iki restoran fəaliyyət göstərir. Bunlar "Yelkən" və "Mayak" restoranlarıdır. Balığın əsl ləzzətini dadmaq istəyənlər üçün bundan yaxşı məkan ola bilməz. Bu restoranların digərlərindən fərqi yeməklərin, çörəyin, şirniyyatın, bir sözlə, bütün məhsulların mərkəzdə hazırlanmasıdır. İstirahət etmək istəyənlər üçün sadalananlardan - milli, Avropa və dünya mətbəxi, kabablar, balıqlar, şirniyyat və dondurmadan sonra müxtəlif oyunlar oynamaq imkanı da yaradılıb.

Müştərilər üçün "Game Zona"

Əməkdaşımızla söhbətində mərkəzin müdir köməkçisi Cenk Özdəmir "Dalga Beach-Aqua Park"da "Game Zona"nın fəaliyyət göstərdiyini bildirib. Burada oyunsevərlər bilyard, stolüstü xokkey, stolüstü tennis, "Play Station" və kompüter oyunları ilə vaxtlarını səmərəli keçirə biləcəklər. Əgər siz stolüstü və kompüter oyunlarını sevirsinizsə, demək doğru ünvandasınız.

Gəl mala, qoyma qala...

Bundan başqa, ərazidə bol çeşidli market də fəaliyyət göstərir. Təbii ki, bu addım qonaqların seçim müxtəlifliyi nəzərə alınmaqla atılıb. Öz istəklərinə görə qida və ya içki istəyən qonaqlar "Dalga Beach-Aqua Park"ın marketinə baş çəkə bilərlər.

"Dalga Beach"də sörf

C.Özdəmirlə ərazidə gəzinti zamanı sözün əsl mənasında əyləncə və istirahət mərkəzinin gözoxşayan tərəfləri də məlum olub. 3 müxtəlif hovuzun yerləşdiyi məkanda dalğalanan hovuzu görməmək mümkün deyil. Sörf həvəskarlarının zövqünü oxşayacaq bu hovuz sanki okeanı xatırladır. Sörf eşqiylə alovlananlar bundan sonra tam rahatlıqla okeana, hansısa əcnəbi ölkəyə deyil, "Dalga Beach-Aqua Park"a üz tutsalar, heç də peşman olmazlar.

VİP-lər üçün

Çox səs-küy sevməyən və sakit istirahətə üstünlük verənlər VİP hovuz və otaqlardan istifadə edə bilərlər. İcarəyə verilən istirahət otaqlarında yaxşıca dincələn qonaqlar üçün ikinci mərtəbədə yerləşən hovuzda çimib, günəşdə qaralmaq ən optimal seçim olar. VİP hovuzun digərlərindən fərqi onun icarəyə verilməsidir. Digər hovuzlardan bütün müştərilər istifadə edə biləcəklərsə, VİP-də yalnız icarəyə götürənlərin əylənmək imkanı olacaq. Kiçik hovuzdan əlavə vəsait ödəməklə yalnız qadınlar istifadə edə bilərlər. Həmçinin hovuzu bütün günlük icarəyə də götürmək mümkündür.  

Sadə hovuz və su barı

İstirahət məkanında öz sadəliyi ilə fərqlənın digər bir hovuz da fəaliyyət göstərəcək. Qonaqların zövqünə oxşayacaq bu hovuzun üzərində kiçik körpü var ki, burada istirahət etmək üçün hər bir şərait yaradılıb. Üstəlik, hovuzda yaradılan su barını da yenilik adlandırmaq olar. Sifariş verən müştərilər özləri üzərək bara gedib, orada sərinləşdirici içkilər sifariş edə bilərlər.

...Yenə də balacalar unudulmadı

Uşaqların əylənməsi və istirahətini hər cür təmin edən peşəkarlar balacalar üçün istifadəyə verilən hovuza da xüsusi diqqət yetirir. Yalnız azyaşlılar üçün nəzərdə tutulan bu hovuzun dərinliyi 60 sm-dir. Bu isə uşaqların tam təhlükəsiz şəraitdə yayın ləzzətini çıxarmasına imkan verir. Hovuzlar səhər saat 8-dən axşam 19:00-a qədər fəaliyyət göstərəcək. Hovuzlar bağlandıqdan sonra suda təmizlənmə işləri aparılır.

200 metrlik hündürlükdə gəzinti

Türkiyənin Antalya şəhərində böyük layihələrə imza atan C.Özdəmir müştərilərin istirahəti üçün paraşütlərin də olacağını bildirib. Arzulayanlar bu paraşütlər vasitəsilə hava gəzintisinə də çıxacaqlar: "Paraşüt olan katerləri Türkiyədən dəvət olunan kapitanlar idarə edəcəklər. Həmin paraşütlərin start hündürlüyü 80-90 metrdir, paraşüt 200 metrə qədər yüksəkliyə qalxa bilər".

2 il qabaqlayaraq...

Təbii ki, gecə əyləncəsini sevən müştərilər də yaddan çıxmayıb. Burada xüsusi səs və işıq sistemlərindən istifadə olunacaq ikimərtəbəli disko klub da fəaliyyət göstərəcək. Buradakı sistemlər istehsalçı şirkət tərəfindən geniş satışa hələ 2017-ci ildə çıxarılacaq. Disko klubda dünyaca məşhur DJ-lər də qonaq olacaq. Onlar hər 15-20 gündən bir 1-2 həftəlik müştərilərə xidmət etmək üçün "Dalga Beach-Aqua Park"da olacaqlar.

Xəyallarınızın gerçəkləşdiyi məkan

Təbii ki, yüz eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Bu istirahət mərkəzinə ayaq basanlar çətin ki, oradan uzaqlaşmaq istəsin. Üstəlik, "Dalga Beach-Aqua Park"ı digər məkanlardan fərqləndirən cəhətlər yalnız yuxarıda sadalananlarla bitmir. Ona görə ki, bu kollektivin hədəfi var. Məqsəd Azərbaycanın turizm sahəsinə yeni rəng qatmaq, turizmə fərqli görünüş yaşatmaq və xidmətlərin keyfiyyətini yüksəltməkdir. Elə Cenk Özdəmirin "Dalga Beach-Aqua Park" haqda dediyi kimi: "Sizin xəyallarınız gerçəkləşir"...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meymunçiçəyi yenidən YAYILIR: İspaniyada 61 yaşlı kişi öldü

Meymunçiçəyi yenidən YAYILIR: İspaniyada 61 yaşlı kişi öldü

Yağışlı havada "avtoş"luq edən sürücü SAXLANILDI

Yağışlı havada "avtoş"luq edən sürücü SAXLANILDI

Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı - FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı - FOTO

Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib

ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib

“Yaralı vəziyyətdə 5 saat döyüş mövqeyini tərk etmədim” – VİDEO

“Yaralı vəziyyətdə 5 saat döyüş mövqeyini tərk etmədim” – VİDEO

Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"

Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"

Pakistan Səudiyyə Ərəbistanında hərbi kontingentinin olduğunu təsdiqlədi

Pakistan Səudiyyə Ərəbistanında hərbi kontingentinin olduğunu təsdiqlədi

Maykl Ceksonun əfsanəvi "Thriller" klipindəki gödəkcəsi hərraca çıxarılır - 10 milyona!

Maykl Ceksonun əfsanəvi "Thriller" klipindəki gödəkcəsi hərraca çıxarılır - 10 milyona!

“Avropa Parlamenti ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməlidir” - BƏYANAT

“Avropa Parlamenti ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməlidir” - BƏYANAT

12 milyonunu general, qalanını onlar qaytarıb...

12 milyonunu general, qalanını onlar qaytarıb...

Paşinyandan Rusiyaya qarşı gözlənilməz HƏMLƏ – İrəvan-Moskva gərginliyi yenidən ALOVLANIR

Paşinyandan Rusiyaya qarşı gözlənilməz HƏMLƏ – İrəvan-Moskva gərginliyi yenidən ALOVLANIR

Bakıda maşın ana və uşağın üstündən keçdi - VİDEO

Bakıda maşın ana və uşağın üstündən keçdi - VİDEO

Rubiodan F-35 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı AÇIQLAMA

Rubiodan F-35 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı AÇIQLAMA

Aybəniz Haşımova qızı ilə Parisdə - FOTO

Aybəniz Haşımova qızı ilə Parisdə - FOTO

Bu il neçə kişi həyat yoldaşının soyadını götürüb?

Bu il neçə kişi həyat yoldaşının soyadını götürüb?

Ukrayna Rusiyanın neft emalı zavoduna HÜCUM ETDİ - VİDEO

Ukrayna Rusiyanın neft emalı zavoduna HÜCUM ETDİ - VİDEO

Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı

Şəmkirdə bazarda YOXLAMA: Ciddi nöqsanlar aşkarlandı – FOTO

Şəmkirdə bazarda YOXLAMA: Ciddi nöqsanlar aşkarlandı – FOTO

Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

“Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA

“Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA

End of content

No more pages to load

RADİO