Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus testi müsbət çıxan və ev şəraitində müalicə təyin edilən rayon sakini R.Nuriyevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edərək özünə məxsus ərzaq mağazasında olduğu müəyyən edilib.
Bizim.Media