Vətən uğrunda şəhid olan qəhrəman kəşfiyyatçımız - FOTO

Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri də Pərvin Əliyev idi. Otuz ilə yaxındır düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək arzusu ilə yaşayan Pərvin hələ uşaqlıqdan kəşfiyyatçı olmaq istəyirdi. İstəyinə də nail oldu, təcrübəli, peşəkar kəşfiyyatçı kimi yetişdi. Vətən müharibəsində də qəhrəmanlığı, şücaəti ilə seçildi, ermənilərə qan uddurdu. Ömrünün 23-cü baharını yaşayan igidimiz döyüşlərin birində canından da çox sevdiyi Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı.

Bizim.Media bildirir ki, Pərvin Əliyev 1997-ci il oktyabrın 27-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından sayılıb-seçilən Pərvin vətənpərvərliyi ilə həmyaşıdlarından fərqlənib. Böyüyüb boya-başa çatdıqdan sonra həqiqi hərbi xidmətə yollanıb, kəşfiyyatçı kimi Vətənin keşiyində dayanıb. Sonra müddətdən artıq xidmətçi kimi kəşfiyyatçı fəaliyyətini davam etdirib.

Şəhidin anası Zəmanə Abıyeva deyir ki, Pərvinin bir çox arzuları var idi, lakin söhbət Vətən olduqda, O bütün istəklərini ikinci plana salardı:

"Sonuncu dəfə evə gələndə ən çox xoşladığı yeməyi hazırlamağımı istədi və mən də bişirdim. Sonra məni qucaqlayaraq dedi ki, ana, mən Vətənim uğrunda şəhid olacağam. Amma mənimlə fəxr edin, hər zaman başınızı uca tutun. Belə də oldu, o, öz qəhrəmanlığı ilə tarix yazdı. Övlad itkisi ağır olsa da, onun şərəfli ölümü bizim başımızı uca etdi".

Vüqar Əliyev şəhid atası olaraq övladı ilə qürur duyduğunu söyləyir: "Pərvin şəhid olduğu gün bizim heç nədən xəbərimiz yox idi. Həmin gün kəndimizə başqa bir nəfər də şəhid olmuşdu, onun dəfninə hazırlaşırdıq. Elə bu ərəfədə zəng gəldi və Pərvinin şəhid olduğunu öyrəndim... Oğlumun döyüş yolu Talış-Suqovuşan istiqamətində olub. Düşmənin qurduğu səddin yarılmasında iştirak edib, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb".

Onun döyüşçü yoldaşları, komandiri tez-tez qəhrəman kəşfiyyatçının məzarını ziyarət edirlər. Pərvinin komandiri Elsevər Hümbətov deyir ki, o, qrupun rabitəçisi idi. "Pərvin hələ düşmənə vurulan ilk zərbədə qəhrəmanlığı ilə seçilmişdi. O, bir kəşfiyyatçı kimi igidlik göstərdi, ağır atəş altında belə düşmən səddinin yarılması tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu", - deyə Elsevər Hümbətov söyləyir.

Qeyd edək ki, Pərvin Əliyev doğulub boya-başa çatdığı Qəhrəmanlı kəndində torpağa tapşırılıb. Göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fermerlərin DİQQƏTİNƏ – Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK – RƏSMİ

Fermerlərin DİQQƏTİNƏ – Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK – RƏSMİ

9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək

9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Bu pulları dərhal dəyişdirin!

Bu pulları dərhal dəyişdirin!

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Tramp köməkçilərinə İranla bağlı bu tapşırığı VERDİ

Tramp köməkçilərinə İranla bağlı bu tapşırığı VERDİ

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

End of content

No more pages to load

RADİO