Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media saytına verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər Bakı sakini saxlanılıb.
Axtarış zamanı onlardan ümumilikdə 430 qrama yaxın heroin, 11 qramdan artıq metamfetamin və 2 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.
Bizim.Media