Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 12 yaşlı Ləman Şahbazova ailəsinə təhvil verilib.
Qeyd edək ki, Nizami rayonu ərazisində yaşayan 12 yaşlı L.Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmamışdı.
Bizim.Media