Vicdan susanda...

Bir qohum mənə zəng edib hal-əhval tutduqdan sonra onunla mraqlı və məni təccübləndirən dialoqumuz oldu. Daha doğrusu yazmağa maraqlı bir mövzu yarandı. 
-Vicdan susanda nə olur? 
Mən də suala elə sualla cavab verdim.
-Nəyinə lazımdır? 
Müəllim tapşırıq verib. Uşaq da 4-cü sinifdə oxuyur. 4-5 cümlə yazmaq lazımdır.
Qohumu dinləyib tapışırıq verən müəllimin də, elə qohumun da qarasınca danışdım. Böyüklərin çoxunun bilmədiyi, günün günorta çağı bu məmləkətdə çıraqla axtarılır vicdan. Bəs onda 4-cü sinifdə oxuyan uşaq vicdan susanda nə olduğunu haradan bilsin? Söz tapa bilmirəm deməyə. Bax bizim məktəblilərin savadsız olmasının əsas səbəblərindən biri də proqramlarda və dərsliklərdə olan qüsurlar deyilmi? Dərsliklər və proqram hazırlanarkən aşağıdan yuxarıya prinsipi götürülməlidir. Yəni proqram və dərsliklər təcrübəli, savadlı orta məktəb müəllimlərinin rəyi əsasında hazırlanmalı və tətbiq edilməlidir. Bizdə bu rəyi yuxarılar verir. Dərsliklərin hazırlanmasında isə uşaqların biliyə yiyələnməsi deyil, biznes əsas rol oynayır. Yəni orta məktəbdən 20-30 il uzaqlaşmış və hansısa yüksək vəzifədə işləyən birisi götürüb dərslik yazır.Təbii ki, o, orta məktəbdəki vəziyyəti, uşaqların potensialını bilmir. Bəzən orta məktəb dərsliklərində, hətta ibtidai sinif dərsliklərində elə terminlərə rast gəlinir ki, əvvəllər bu terminlər ali məktəblərdə öyrədilirdi.Yaşına görə uşağın onu qavraması, öyrənməsi mümkün deyil. Başqa məsələlərdə olduğu kimi hakimiyyət təhsil məsələsində də imitasiya edir. Guya təhsilimizi Avropa təhsilinə yaxınlaşdırırıq. Amma nəzərə alınmır ki, bizdə məktəbəqədər təhsil, uşaqların qida rasionu, şəraiti Avropadakı kimi deyil və müqayisəyə də gəlməz. Çox zaman təhsilimizdəki geriləməni müəllimin maaşının azlığında görürük. Bu da əsas amillərdən biridir. Amma başqa amillər də var. Təhsilsizlik, təhsildə və dərsliklərdə olan qüsurlar, uşaqların oxuya bilməməsi, müəllimin maaşının azlığı nəticədə təhsildə rüşvətə yol açır. Millət olaraq bu sahədə olan bəhsəbəs bizləri uşaqlarımızı pula oxutmağa, müxtəlif yollarla ali məktəbə qəbul etdirməyə vadar edir. Və illər sonra həm pulumuz gedir, həm də öz pulumuzla uşaqlarımızı diplomlu savadsız edirik.Çoxumuz çətin və əzab əziyyətlə qazandığımızı pulun hesabına oxutduğumuz övladımıza iş belə tapa bilmirik və ya bu savadsız yetişdirdiyimiz kadrlar növbəti nəsillərin savadsız yetişməsinə səbəb olur. Millətlər elm, mükəmməl təhsil almaq üçün pul xərcləyir, biz isə övladlarımızı diplomlu savadsız etmək üçün. Halbuki övladlarımızı qabliyyətinə görə hansısa bir peşəni öyrətməyə çalışsaq, həm onlara böyük yardım etmiş olarıq, həm çörəklə təmin edərik, həm də cəmiyyətə xeyir verə bilərlər. 
Yuxarıda sadaladıqlarım vicdanın susması deyilmi?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Safurənin İstanbuldakı evini su basdı – FOTO-VİDEO

Safurənin İstanbuldakı evini su basdı – FOTO-VİDEO

Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi

Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi

Azərbaycan komandası Avropa çempionatının FİNALINDA

Azərbaycan komandası Avropa çempionatının FİNALINDA

Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Azad edilən ərazilərdə elektrik enerjisi ilə təmin olunanların SAYI

Azad edilən ərazilərdə elektrik enerjisi ilə təmin olunanların SAYI

Yasamalda qəzalı yol tıxac yaradır – VİDEO

Yasamalda qəzalı yol tıxac yaradır – VİDEO

Hakan Fidan: “Əlaqəliliyin gücləndirilməsi Asiyada davamlı inkişafı dəstəkləyəcək”

Hakan Fidan: “Əlaqəliliyin gücləndirilməsi Asiyada davamlı inkişafı dəstəkləyəcək”

Bakıda maşını xarab olan sürücü həbs olundu

Bakıda maşını xarab olan sürücü həbs olundu

“Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi

“Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi

Kambocanın Baş naziri: “Sərhədlər və suverenlik güc yolu ilə dəyişdirilməməlidir”

Kambocanın Baş naziri: “Sərhədlər və suverenlik güc yolu ilə dəyişdirilməməlidir”

MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçdi

MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçdi

Çinli nazir: “Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndiririk”

Çinli nazir: “Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndiririk”

Abortların sayında KƏSKİN ARTIM

Abortların sayında KƏSKİN ARTIM

Hadisədən ETİRAF: “Yenidən evlənmək, ana olmaq istəyirəm” – VİDEO

Hadisədən ETİRAF: “Yenidən evlənmək, ana olmaq istəyirəm” – VİDEO

ABŞ Müdafiə Nazirliyində dərin böhran: Pit Heqset istefa verməlidir – “Foreign Policy”

ABŞ Müdafiə Nazirliyində dərin böhran: Pit Heqset istefa verməlidir – “Foreign Policy”

Ülvi Qasımzadəyə yeni vəzifə verildi - FOTO

Ülvi Qasımzadəyə yeni vəzifə verildi - FOTO

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

Makaronun süzdükdən sonra suyunu tökməyin

Makaronun süzdükdən sonra suyunu tökməyin

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Baş nazir ev işlərindən şikayətləndi

Baş nazir ev işlərindən şikayətləndi

İcbari sığorta haqları artırılacaq?

İcbari sığorta haqları artırılacaq?

End of content

No more pages to load

RADİO