Telejurnalist, publisist, şair, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev 1952-ci il aprelin bu günündə dünyaya gəlib.xa0
ANS PRESS-in məlumatına görə, onun lirik şerləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb.xa0
Ermənilərin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanır.
1991-ci ildə fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti”x9d mükafatına layiq görülür. Elə həmin il noyabrın 20-də Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun vurulması nəticəsində şəhid oldu.xa0
Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.