''Ermənistan hərbçilərinin cinayətlərini araşdırmır'' - Baş Prokurorluq

Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bizim.Media-ya qurumdan daxil olan məlumatda deyilir:

"Əvvəllər məlumat verildiyi kimi bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycan və Ermənistan hərbi qulluqçuları tərəfindən törədilməsi güman edilən, döyüş əməliyyatları zamanı həlak olmuş hərbçilərin, mülki şəxslərin meyitləri üzərində təhqiredici hərəkətlər edilməsi, habelə əsir götürülmüş hərbçilər və mülki vətəndaşlarla qeyri-insani rəftarı əks etdirən çoxsaylı videogörüntülər yayılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılan təhlillər zamanı saxta videoçarxlar istisna edilərək, reallığı əks etdirməsinə ciddi şübhələr yaranan videogörüntülər, o cümlədən, bəzi hallarda əsir düşmüş şəxslərin baş və boğaz nahiyəsinin kəsilməsi yolu qətlə yetirilməsi faktlarının hər biri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Lakin Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə 2 dəfə rəsmi məlumat verilməsinə baxmayaraq qarşı tərəfdən qeyd olanan faktlarla bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırılmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur.

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olan Azərbaycan hərbi qulluqularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videogörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilib.

Hazırda Azərbaycan hərbi qulluqularına qarşı qanuna zidd hərəkətlər, 101 mülki Azərbaycan vətəndaşının öldürülməsi, 423 nəfərə xəsarət yetirilməsi ilə bağlı bütün cinayət işləri üzrə Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən zəruri və intensiv istintaq hərəkətləri aparılır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq işini şəffaf və açıq quran Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə bundan sonra da ictimaiyyətə geniş məlumat verilməsi təmin ediləcəkdir".

"Azərbaycan Respublikası Baş prokurorluğu hesab edir ki, Ermənistan hüquq mühafizə orqanlarını öz ölkəsinin hərbçiləri tərəfindən törədilmiş cinayət hadisələri ilə bağlı beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq araşdırma aparmalı və dünya ictimaiyyətinə ətraflı məlumatın verilməsini təmin etməlidir",-  deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı 42 km-lik marafona hazırlaşır - 6 gün qaldı

Bakı 42 km-lik marafona hazırlaşır - 6 gün qaldı

Bulvarda keçirilməsi planlaşdırılan konsertlər TƏXİRƏ SALINDI – FOTO

Bulvarda keçirilməsi planlaşdırılan konsertlər TƏXİRƏ SALINDI – FOTO

4 saylı cəzaçəkmə müəssisəsinin rəisi İŞDƏN ÇIXARILDI

4 saylı cəzaçəkmə müəssisəsinin rəisi İŞDƏN ÇIXARILDI

SON DƏQİQƏ! Çin kosmik müharibəyə hazırlaşır

SON DƏQİQƏ! Çin kosmik müharibəyə hazırlaşır

Babiş: “Zelenski bura gəldi, Ciorcia Meloni də səfər edəcək”

Babiş: “Zelenski bura gəldi, Ciorcia Meloni də səfər edəcək”

Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıtdı – VİDEO

Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıtdı – VİDEO

Yeniyetmə və gənclər arasında yeni PEŞƏ TRENDİ - “Təcrübə tələb olunmur, 800 manat qazanc var”

Yeniyetmə və gənclər arasında yeni PEŞƏ TRENDİ - “Təcrübə tələb olunmur, 800 manat qazanc var”

Ərəblər Bakıda evi zibilliyə döndərdi - Biabırçı görüntülər - VİDEO

Ərəblər Bakıda evi zibilliyə döndərdi - Biabırçı görüntülər - VİDEO

SON DƏQİQƏ! Türkiyədə ardıcıl iki ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ardıcıl iki ZƏLZƏLƏ oldu

Sürücülərin NƏZƏRİNƏ! Bu yolda sürət həddi endirildi

Sürücülərin NƏZƏRİNƏ! Bu yolda sürət həddi endirildi

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Şimşək, dolu, qar...

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Şimşək, dolu, qar...

Həkim dişləri çürüdən qidaları AÇIQLADI

Həkim dişləri çürüdən qidaları AÇIQLADI

Ət satanların diqqətinə: Heyvan bazarları ilə bağlı YENİ MƏHDUDİYYƏTLƏR

Ət satanların diqqətinə: Heyvan bazarları ilə bağlı YENİ MƏHDUDİYYƏTLƏR

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı

2 ay əvvəl evlənən qazi qəzada həyatını itirdi – FOTO

2 ay əvvəl evlənən qazi qəzada həyatını itirdi – FOTO

“Koroğlu”dakı dəhşətli qəzanın yeni görüntüləri – ANBAAN VİDEO

“Koroğlu”dakı dəhşətli qəzanın yeni görüntüləri – ANBAAN VİDEO

MSK sədrinin yeni müavin və katibləri -ADLAR

MSK sədrinin yeni müavin və katibləri -ADLAR

“Hündür ağacların altında dayanmayın!” - Güclü küləklə bağlı XƏBƏRDARLIQ

“Hündür ağacların altında dayanmayın!” - Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Nə un, nə çörək — Kotletin parçalanmaması üçün içinə bir qaşıq əlavə edin

Nə un, nə çörək — Kotletin parçalanmaması üçün içinə bir qaşıq əlavə edin

Məzahir Pənahov yenidən MSK-nın sədri SEÇİLDİ - FOTO

Məzahir Pənahov yenidən MSK-nın sədri SEÇİLDİ - FOTO

Vüsalə onlarla qohum oldu

Vüsalə onlarla qohum oldu

“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verildi – FOTO

“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verildi – FOTO

MSK-nın yeni tərkibdə ilk iclası - FOTO

MSK-nın yeni tərkibdə ilk iclası - FOTO

70 kq qızılla tutulan polkovnikə HÖKM OXUNDU

70 kq qızılla tutulan polkovnikə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO