Vəkillər Kollegiyasının daha bir üzvü - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov Covid-19 virusundan vəfat edib.
Bu barədə Vəkillər Kollegiyası öz feysbuk hesabında məlumat paylaşıb.
“Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir”, - paylaşımda deyilir.
Xatırladaq ki, son bir ayda Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Bizim.Media