Tozsoran effekti: nə üçün Meta, Google və TikTok Azərbaycandakı büdcələrin böyük hissəsini aparır və bu nə ilə təhlükəlidir

Tozsoran effekti: nə üçün Meta, Google və TikTok Azərbaycandakı büdcələrin böyük hissəsini aparır və bu nə ilə təhlükəlidir
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın reklam bazarının vəziyyəti haqqında söhbətimizin birinci hissəsində biz sistemli böhran problemindən və bazar iştirakçılarının kiçilən büdcəni böyütmək əvəzinə, onu sonsuz şəkildə bölmək cəhdlərindən yazmışdım. Bu gün bir çoxları üçün hiss olunmadan yerli meydançada oyun qaydalarını dəyişdirən birinci "ağır çəkili" oyunçunu ətraflı şəkildə təhlil etməyin vaxtı çatdı.

Söhbət qlobal texnoloji platformalardan — Meta, Google və TikTok-dan gedir.
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

 

Tələyə çevrilən rahatlıq

Dünya platformalarının nəhəng faydasını inkar etmək axmaqlıq və qeyri-peşəkarlıq olardı. Onlar biznesə yerli bazarın tarixən malik olmadığı imkanları bəxş etdilər:

- Maraqlar, davranışlar və geolokasiya üzrə anında və dəqiq hədəfləmə (tarqetinq).

- Kampaniyaları işə salmaq üçün sadə və şəffaf interfeyslər.

- Real vaxt rejimində avtomatlaşdırma, miqyaslama və analitika.

Bir çox sahibkarlar və marketoloqlar üçün rəqəmsal marketinq tənliyi son dərəcə sadə və öyrəşildiyi ibtidai şablona çevrildi: Digital = Meta + Google + TikTok.

Əgər büdcəni sadəcə "şəxsi kabinetə atmaq" və kliklər üzrə formal rəqəmlər əldə etmək mümkündürsə, yerli media ilə razılaşdırmalara vaxt sərf etmək, xüsusi layihələr barədə razılığa gəlmək və ya yerli saytların və telekanalların auditoriyasını təhlil etmək nəyə lazımdır?

Lakin sistemli tələ məhz burada gizlənir.

Pullar hara gedir və əvəzində nə qalır?

Şirkətin reklam investisiyalarının böyük hissəsi sabit şəkildə xaricə — texnoloji nəhənglərə getdikdə, yerli ekosistem sürətlə zəifləməyə başlayır.

- Yerli media oksigensiz qalır. Reklam büdcələrinin sabit axını olmadan yerli saytlar, nəşrlər, telekanallar və müstəqil müəlliflər keyfiyyətli, dərin məzmun (kontent) yaratmaq imkanını itirirlər. Keyfiyyətli jurnalistika, keyfiyyətli kontent və maraqlı  layihələrın istehsalı pul tələb edir.

- İnventarın keyfiyyəti düşür. Yerli meydançaların müasir reklam formatlarını tətbiq etmək, analitik sistemləri inkişaf etdirmək və texnoloji yenilənmə aparmaq üçün resursları yoxdur.

- Kadr qıtlığı böyüyür. Yerli agentliklər güclü analitiklərə, bazar tədqiqatçılarına və dar ixtisaslı mütəxəssislərə sərmayə qoya bilmirlər, çünki büdcələrin mövcud disbalansı şəraitində bu kompetensiyaları çıxarmağa maliyyə imkanı yoxdur.

Nəticədə reklamverən qapalı dairəyə düşür. O, qlobal platformalara sərmayə yatırır, çünki "auditoriya oradadır", lakin yerli bazarın yetərincə maliyyələşməməsi səbəbindən bu auditoriya daha da pərakəndələşir, eynitipli reklamdan yorulur və keyfiyyətli yerli reklam meydançalarının seçimi ardıcıl olaraq daralır.

"Alternativsizlik" haqqında mif

Marketoloqlardan tez-tez belə bir arqument eşitmək olar: "Əgər bizim hədəf auditoriyamız yalnız sosial şəbəkələrdə oturursa, bəs nə edək?"

Auditoriya həqiqətən də oradadır. Lakin bu, istifadəçinin sosial şəbəkə lentindən kənarda diqqətinin sıfıra bərabər olması demək deyil. Problem qlobal platformaların özündə deyil — onlar əla alətdir. Problem media-miksin total disbalansındadır.

Brend öz digital-büdcəsinin 100%-ni yalnız dünya Big Tech-inə xərclədikdə, o, ən mühüm üstünlüyü elə bil əldən verir: etibar konteksti. Sadiq auditoriyaya və nüfuza malik yerli media brendə sosial şəbəkələrdəki soyuq tarqetinqin heç vaxt verə bilməyəcəyi bir şeyi — reputasiya dəstəyi və istehlakçının həyatına dərin inteqrasiya bəxş etmək iqtidarındadır.

Disbalansı necə aradan qaldırmalı?

Çıxış yolu Meta, Google və ya TikTok-dan nümayişkaranə şəkildə imtina etməkdə deyil. Bu, iqtisadi intihar olardı. Çıxış yolu — sağlam investisiya məntiqinə qayıtmaqdadır:

- Reklamverənlər üçün: Şablonlarla düşünməkdən əl çəkmək. Rəqəmsal strategiyanı tətbiqlərin sadəcə üç arzuolunan ikonundan daha geniş qiymətləndirmək. Büdcənin ədalətli payını öz effektivliyini sübut etməyə qadir olan keyfiyyətli yerli meydançalara ayırmaq.

- Yerli media üçün: "Xeyriyyəçilik" gözləməkdən və həyatdan gileylənməkdən əl çəkmək. Öz dəyərini güclü məzmun, şəffaf statistika, dürüst əhatə dairəsi və müasir inteqrasiya formatları vasitəsilə sübut etmək.

Güclü yerli reklam bazarı öz-özünə yaranmır. O, ölkə daxilindəki pullar daxili infrastrukturun, texnologiyaların və mütəxəssislərin inkişafına xidmət etdikdə formalaşır.

Elxan Mahmudov, «Universal Reklam» agentliyi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

“Məqsədimiz ölkəmiz üçün potensial təhdidlərə qarşı müdafiə mexanizmləri hazırlamaqdır” – Rauf Cabarov

“Məqsədimiz ölkəmiz üçün potensial təhdidlərə qarşı müdafiə mexanizmləri hazırlamaqdır” – Rauf Cabarov

Prezident: “Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq”

Prezident: “Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq”

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Azərbaycan Prezidenti: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb” - VİDEO

Azərbaycan Prezidenti: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb” - VİDEO

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident: “Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür” - VİDEO

Prezident: “Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür” - VİDEO

Sertifikasiya imtahanında bal bölgüsü dəyişir? - İddia

Sertifikasiya imtahanında bal bölgüsü dəyişir? - İddia

İlham Əliyev: “Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb” - VİDEO

İlham Əliyev: “Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb” - VİDEO

Bakıda “CyberHackCon 2026" konfransı keçirilib – FOTO

Bakıda “CyberHackCon 2026" konfransı keçirilib – FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Ukraynanın Oleşki şəhərində humanitar missiya üçün ATƏŞKƏS qüvvəyə mindi - FOTO

Ukraynanın Oleşki şəhərində humanitar missiya üçün ATƏŞKƏS qüvvəyə mindi - FOTO

Prezident: “Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil” - VİDEO

Prezident: “Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil” - VİDEO

“Hər 6 kiberhücumdan birində süni intellektdən istifadə olunur” - İlkin Cavadov

“Hər 6 kiberhücumdan birində süni intellektdən istifadə olunur” - İlkin Cavadov

Azərbaycan Prezidenti: “İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır” - VİDEO

Azərbaycan Prezidenti: “İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır” - VİDEO

Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO

Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO

Prezident: “Azərbaycanın təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər” - VİDEO

Prezident: “Azərbaycanın təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər” - VİDEO

Tozsoran effekti: nə üçün Meta, Google və TikTok Azərbaycandakı büdcələrin böyük hissəsini aparır və bu nə ilə təhlükəlidir

Tozsoran effekti: nə üçün Meta, Google və TikTok Azərbaycandakı büdcələrin böyük hissəsini aparır və bu nə ilə təhlükəlidir

Bakıda dəhşətli qəza: Skuter sürən öldü – ANBAAN VİDEO

Bakıda dəhşətli qəza: Skuter sürən öldü – ANBAAN VİDEO

Trampdan Atlantik okeanının adı ilə bağlı YENİ TƏKLİF: “Amerika okeanı olsun”

Trampdan Atlantik okeanının adı ilə bağlı YENİ TƏKLİF: “Amerika okeanı olsun”

FTB-nin keçmiş direktoruna qarşı İTTİHAM: Gizli məlumatları ötürüb

FTB-nin keçmiş direktoruna qarşı İTTİHAM: Gizli məlumatları ötürüb

İlham Əliyev: “Biz hər zaman ayıq-sayıq olmalıyıq” - VİDEO

İlham Əliyev: “Biz hər zaman ayıq-sayıq olmalıyıq” - VİDEO

End of content

No more pages to load

RADİO