İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirdi.

Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox müsbət mesajlar aldığını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
 

Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi.


Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğuladı və qeyd etdi ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olundu, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunuldu.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edildi.

Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulandı. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edildi.



İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO - foto 1
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO - foto 2
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO - foto 3
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO - foto 4
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO - foto 5
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO - foto 6
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Göyçayda 40 yaşlı kişini ilan sancdı – Bakıya gətirildi

Göyçayda 40 yaşlı kişini ilan sancdı – Bakıya gətirildi

4 ölkədəki seçkilər dünyanı dəyişəcək? – “The Guardian”ın TƏHLİLİ

4 ölkədəki seçkilər dünyanı dəyişəcək? – “The Guardian”ın TƏHLİLİ

Özbəkistanla bu sazişlər təsdiqləndi

Özbəkistanla bu sazişlər təsdiqləndi

Azərbaycanın Milli Qəhrəmanının SON DURUMU açıqlandı

Azərbaycanın Milli Qəhrəmanının SON DURUMU açıqlandı

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Cəbrayılda minaya düşən ata-oğulla bağlı YENİ XƏBƏR

Cəbrayılda minaya düşən ata-oğulla bağlı YENİ XƏBƏR

Bryus Uillisin qızı atası ilə arxiv fotosunu paylaşdı: Səhhəti necədir?

Bryus Uillisin qızı atası ilə arxiv fotosunu paylaşdı: Səhhəti necədir?

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi – FOTO

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi – FOTO

"AzParking" tətbiqinə YENİ FUNKSİYALAR əlavə edildi

"AzParking" tətbiqinə YENİ FUNKSİYALAR əlavə edildi

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama

Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama

Bakıda sabah 21 dərəcə isti olacaq

Bakıda sabah 21 dərəcə isti olacaq

Dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub etdi

Dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub etdi

Nazir Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

Nazir Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO

İnsan beyninin yalnız 10 faizindən istifadə edir?

İnsan beyninin yalnız 10 faizindən istifadə edir?

Xəstəxanaya yerləşdirilən Zaur Rzayevin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Zaur Rzayevin SON DURUMU

Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?

Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?

Ölümdən sonra saç və dırnaqların uzanması mifdir

Ölümdən sonra saç və dırnaqların uzanması mifdir

“Amerikalı Nostradamus”dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

“Amerikalı Nostradamus”dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb

Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb

Ukraynalı aktrisa mənzilinin qarət olunmasından DANIŞDI - FOTO

Ukraynalı aktrisa mənzilinin qarət olunmasından DANIŞDI - FOTO

Bu gün “Qızıl top”u hansı futbolçu alacaq? - Lamin Yamal, Mbappe, Usman Dembele, Messi…

Bu gün “Qızıl top”u hansı futbolçu alacaq? - Lamin Yamal, Mbappe, Usman Dembele, Messi…

End of content

No more pages to load

RADİO