Milli Məclis Fransada insan hüquqlarının pozulması hallarına REAKSİYA

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb. Rəsmi məlumatlara görə, həmin gün nümayişlərdə 550 min nəfər iştirak edib. Paris, Marsel, Lion və digər şəhərlərdə baş vermiş iğtişaşlar, yanğınlar və talanlar Emmanuel Makron rejiminin ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması sahəsində üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bu fikirlər Milli Məclisin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibətində əksini tapıb.

Qeyd edilib ki, xüsusilə hiddət doğuran məqam azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardır.

Məktəb şagirdlərinə qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, rezin gülləatan silahlardan və partlayıcı xüsusi vasitələrdən istifadə olunması, uşaqların fiziki zorakılığa məruz qalması barədə məlumatlar ciddi narahatlıq doğurur. Polis zorakılığı nəticəsində Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi xüsusilə sarsıdıcıdır. Uşaqların həyatının və sağlamlığının qorunması dövlətin birbaşa öhdəliyidir və ictimai asayişin təmin edilməsi zərurəti onlara qarşı qeyri-mütənasib güc tətbiqinə heç bir halda bəraət qazandıra bilməz. Bu zorakılıq aktları müstəqil və şəffaf qaydada araşdırılmalıdır.

Kütləvi etirazlar zamanı azyaşlılar da daxil olmaqla, minlərlə şəxsin həbs edilməsi, dinc nümayişçilərin hərəkət imkanlarının məhdudlaşdırılması və ayrı-ayrı şəhərlərdə toplantıların qadağan edilməsi sərbəst toplaşmaq azadlığına və mütənasiblik prinsipinə riayət olunması baxımından ciddi narahatlıq doğurur. Təkcə 17 oktyabr hadisələri ilə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs edilmişdir. Vətəndaşların dinc etiraz etmək hüququnun təmin olunması Fransa dövlətinin beynəlxalq öhdəliklərindən irəli gəlir və bu hüququn məhdudlaşdırılması qəbuledilməzdir.

Fransanın Dənizaşırı ərazilərində də ictimai təhlükəsizliyin və fundamental hüquqların təmin olunması sahəsində ciddi problemlər mövcuddur. Qvadelupda 17-18 oktyabr gecəsi baş verən iğtişaşlar, yanğınlar və ticarət obyektlərinə hücumlardan sonra bir sıra yerlərdə komendant saatı tətbiq edilib. Yeni Kaledoniyada isə Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyası 2026-cı ilin yanvarında Kanak əhalisinin fundamental hüquqlarının pisləşdiyini, ayrı-seçkiliyin dərinləşdiyini, son illərdə hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiqinə dair çoxsaylı məlumatların mövcudluğunu bildirib. Bu hallar Makron rejimi diktaturasının Dənizaşırı ərazilərdə yaşayan insanların, xüsusilə yerli xalqların nümayəndələrinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi sahəsində üzləşdiyi ciddi problemləri nümayiş etdirir.

Milli Məclis hesab edir ki, Fransada baş verən hadisələr ictimai asayişin təsadüfi pozuntuları ilə məhdudlaşmır, hökumətin dərin siyasi və idarəetmə böhranının, sosial narazılıqlara cavab vermək və vətəndaşların təhlükəsizliyini təmin etmək sahəsində yürütdüyü siyasətin iflasının göstəricisidir.

 

Makron rejimi bir tərəfdən dinc nümayişçiləri, o cümlədən uşaqları polisin qeyri-mütənasib müdaxiləsindən, digər tərəfdən isə vətəndaşları və onların əmlakını iğtişaşlar zamanı zorakılıqdan qoruya bilməyib. Baş verən hadisələrə görə siyasi məsuliyyət məsələsi diqqətdən kənarda qala bilməz. Fransa dövlətinin, Makron rejimi diktaturasının, dünyaya insan hüquqları, demokratiya, dəyərlər mövzusunda mühazirə oxumağa çalışanların dərin siyasi və idarəetmə böhranı keçirdiyi açıq-aşkar sezilir.

 

Milli Məclis Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnmiş hadisələri hərtərəfli araşdırmağa, günahkarların qanun qarşısında cavab verməsini təmin etməyə, həbs edilənlərin, xüsusilə azyaşlıların hüquqlarını qorumağa və vətəndaşların dinc toplaşmaq azadlığına hörmət etməyə çağırır.

Milli Məclis, xüsusilə, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi korrupsiyaya və mənəvi iflasa uğramış təsisatların Fransada tüğyan edən biabırçılıqları görməzdən gəlməsini, insan hüquqları məsələsinə selektiv yanaşmanı və ikili standartları kəskin şəkildə pisləyir;

Fransada baş verən polis zorakılığı hallarının ölkənin milli istintaq və məhkəmə orqanları tərəfindən obyektiv, qərəzsiz və ədalətli şəkildə araşdırılacağı ciddi şübhələr doğurur.

Bu baxımdan, beynəlxalq təşkilatları, xüsusilə BMT-nin İnsan Hüquqları Şurasını azyaşlılar da daxil olmaqla, dinc nümayişçilərə qarşı güc tətbiqi və insan hüquqlarının pozulması hallarının hərtərəfli araşdırılması məqsədilə müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırır.

Milli Məclis, həmçinin Fransa parlamentini, beynəlxalq parlament təşkilatlarını və insan hüquqları təsisatlarını baş vermiş hadisələrə prinsipial münasibət bildirməyə, müstəqil beynəlxalq təhqiqatın aparılmasına dəstək verməyə və Makron rejimindən insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl olunmasını tələb etməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Həzi Aslanov" metrostansiyasından istifadə edənlərə ŞAD XƏBƏR!

"Həzi Aslanov" metrostansiyasından istifadə edənlərə ŞAD XƏBƏR!

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Putin baş nazir Mixail Mişustinə 4 yeni müavin TƏYİN ETDİ

Putin baş nazir Mixail Mişustinə 4 yeni müavin TƏYİN ETDİ

Sibel Canın sevgilisi həbs olundu

Sibel Canın sevgilisi həbs olundu

Zaur Nağıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zaur Nağıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

SON DƏQİQƏ: Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı – VİDEO

SON DƏQİQƏ: Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı – VİDEO

Əgər Rusiyaya sərt sanksiya tətbiq edilsə... - Tramp

Əgər Rusiyaya sərt sanksiya tətbiq edilsə... - Tramp

Bakıda keçiriləcək U-15 dünya çempionatının oyunlarını 81 hakim idarə edəcək

Bakıda keçiriləcək U-15 dünya çempionatının oyunlarını 81 hakim idarə edəcək

Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi - Hamını yolda saxladı

Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi - Hamını yolda saxladı

Bakıda tələbə sahibkar atasını öldürdü – TƏFƏRRÜAT

Bakıda tələbə sahibkar atasını öldürdü – TƏFƏRRÜAT

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

Prezidentdən Texnologiyalar parkı ilə bağlı FƏRMAN

Prezidentdən Texnologiyalar parkı ilə bağlı FƏRMAN

Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək

Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək

Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu

Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu

Startapların gəlir vergisindən azadolma müddəti artırıldı – FƏRMAN

Startapların gəlir vergisindən azadolma müddəti artırıldı – FƏRMAN

Yüksək vəzifədən azad olunan MƏMUR KİMDİR? - DOSYE

Yüksək vəzifədən azad olunan MƏMUR KİMDİR? - DOSYE

Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya EDİLƏCƏK

Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya EDİLƏCƏK

“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı

“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana GƏTİRİLƏCƏK

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana GƏTİRİLƏCƏK

7 ölkənin XİN rəhbəri İstanbulda toplaşır – SƏBƏB

7 ölkənin XİN rəhbəri İstanbulda toplaşır – SƏBƏB

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək

Dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE

Yardımlıya yeni icra başçısı TƏYİN EDİLDİ

Yardımlıya yeni icra başçısı TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO