Azərbaycan bizimkilərə dərs verdi - Türkiyənin məşhur jurnalisti yazır..

Emin Çölaşan,
Türkiyəli jurnalist və köşə yazarı

Dəyərli oxucularım, bütün dünyada keçərli olan bir anlayış var. Buna suverenlik hüququ deyilir. Məsələn, bir ölkə paytaxtını dəyişmək qərarına gəlsə, başqa ölkələr buna qarşı çıxa bilməz. Çünki paytaxtın harada olacağına yalnız həmin ölkə qərar verir. Etirazlar isə nəticəni dəyişmir.

Yaxud bir ölkə istədiyi məsələdə qaydaları dəyişə və başqalarının tənqidlərini nəzərə almaya bilər.

Bunlar bütün dünyada keçərli olan beynəlxalq qaydalardır.

Bir neçə gün əvvəl Türkiyədə bu mövzuda maraqlı hadisə baş verdi. Amma baş verənlərin bizimlə uzaqdan-yaxından heç bir əlaqəsi yox idi.

Azərbaycan hökuməti bir qərar qəbul etdi:

İbtidai məktəblərdə və liseylərdə şagirdlərin və müəllimlərin başörtüsü taxaraq dərsə gəlməsi qadağan edildi.

Həmin o şeydən söhbət gedir ki, adına türban, büş örtüyü deyirlər!

Bu qərarı qəbul edən və qəbul etdirən, əlbəttə ki, Azərbaycanın Prezidenti İlham Əliyev idi. Bizimkilərin hər məsələdə çox yaxınında dayanan bir dostumuz! Bizimkilər isə eyni zamanda Azərbaycanın “böyük qardaşıdır!”

Başörtüsü ilə bağlı qərar rəsmən açıqlananda bizimkilər yerlərindən sıçradılar!

Vay-vay! Bizim qucağımızda oturan Azərbaycan belə bir qərarı, bizimlə məsləhətləşmədən, bunu qəbul etməyəcəyimizi bilə-bilə necə verə bilər?!

Onların ümidləri bəlli idi.

Təzyiq göstərəcək və bu qərarı geri götürməyə nail olacaqdılar. Sonra da həqiqi və ya saxta, bütün İslam ölkələrinə güc nümayiş etdirəcəkdilər.

“Qoy hamı gücümüzü görsün! Təzyiq göstərdik və Azərbaycanın bu qərarı ləğv etməsinə nail olduq. Onlara öz tüpürdüklərini yalatdıq!..”

Sarayın Oktay Saral adlı baş müşaviri az qala hər çıxışında bir sıra qalmaqallara səbəb olur. Bu məsələdə də qabağa düşdü, etirazını bildirdi və belə dedi:

“Başörtülü şagirdlərin təhsil almaq hüququ əngəllənib. Təhsil hüququ ideoloji diktələrə qurban verilə bilməz. Azərbaycan rəhbərliyi bu tətbiqdən dərhal imtina etməlidir. Gənclərin qarşısına belə maneələr qoyulmasın”.

Onun ardınca AKP-nin Bursa millət vəkili Müfit Aydın danışdı:

“Azərbaycan hökuməti bu tətbiqə dərhal son qoymalıdır. İki ölkə arasındakı qardaşlıq münasibətlərinə zərər vurulmasın”.

Bu sözlər təbii ki, Rəcəb Tayyibin göstərişi ilə deyilirdi.

Biri Sarayın, yəni onun özünün baş müşaviri, digəri isə partiyasının millət vəkilidir.

Özü danışmasa belə, onları danışdırırdı!

Onlar danışar, bizim hakimiyyət tərəfdarı mediası susarmı?! Elə həmin andan hamısı səfərbər oldu, qadağanın ləğv edilməsinə nail olmaq üçün xəbərlər hazırlamağa başladılar...

Anadolu Agentliyi, TRT, Sabah, Hürriyet, NTV, Habertürk və digərləri...

Bunlar danışmağa başlayanda Azərbaycan hökuməti ilə yanaşı, İlham Əliyev də dərhal hərəkətə keçdi və bizimkilərə sərt sözlərlə cavab verməyə başladı.

Dövlət televiziyası belə cavab verdi:

“Bu ölkənin özünəməxsus milli dəyərləri var. Biz bu kimliyimizə ərəb və fars mədəniyyətlərini daxil etmərik. Türkiyədəki iqtidar nümayəndələrinin Azərbaycanın daxili işlərinə və suverenlik hüququna müdaxilə etmək haqqı yoxdur”.

İlham Əliyev isə bunları deyirdi. (Anlayan anladı!)

“Hər kəs öz yerini bilsin, işlərimizə qarışmasın, həyat tərzimizə burnunu soxmasın. Hər kəs öz xalqı və dövləti ilə məşğul olsun”.

Bu sərt sözlər birbaşa bizimkilərə, özünü dünya lideri hesab edənlərə ünvanlanmışdı.

Bizimkilər isə necə böyük səhvə yol verdiklərini, iş işdən keçəndən sonra anladılar.

Başörtülü insanları müdafiə etməli idilər, çünki həmin təbəqə AKP-nin səs anbarıdır! Üstəlik, Azərbaycan bu qərarı ləğv etsəydi, bütün İslam aləminə “buna biz nail olduq” deyərək güc nümayiş etdirəcəkdilər. Amma alınmadı!

Heç gözləmədikləri halda Azərbaycanı qəzəbləndirmişdilər. Belə bir reaksiyanı oradan heç gözləmirdilər.

Bəs sonra nə oldu?

Bu dəfə bizimkilər Azərbaycanın könlünü almağa çalışdılar.

İşi qaydasına salmaq üçün dost ölkəyə son dərəcə müsbət və mülayim mesajlar göndərməyə başladılar.

Rəcəb Tayyib yenə bu işin başında dayanırdı və mesajında İlham Əliyevə “Qardaşım” deyirdi.

Bəli, bizimlə uzaqdan-yaxından əlaqəsi olmayan, belə mənasız və gərəksiz bir məsələyə müdaxilə etdilər.

Sizə nə başqa bir ölkədəki örtünmə qadağasından?!

Siz Azərbaycan xalqını heç tanımırsınızmı? Onların böyük əksəriyyətinin sünni olmadığını, başörtüsü taxmadığını və sair məsələləri heç bilmirsinizmi?

Əgər sözünüz Azərbaycana keçirsə, onda Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımasını təmin etsənizə!

Əlbəttə, bu, bir az cəsarət tələb edir. Başörtüsü məsələsi varkən, kim ŞKTC-ni düşünər?!

Bəli, hörmətli oxucularım, vəziyyət belədir! (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Xocalının bu kəndlərində yaşayanlara sevindirici xəbər

Xocalının bu kəndlərində yaşayanlara sevindirici xəbər

Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi - FOTO

Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi - FOTO

Rostovda neft terminalına zərbə: 12 çəndən 8-ni zədələnib - VİDEO

Rostovda neft terminalına zərbə: 12 çəndən 8-ni zədələnib - VİDEO

Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO

Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO

City Garden Narimanov-da yeni mənzillər: 2 otaqlı studiyadan 3 otaqlıya qədər seçim!

City Garden Narimanov-da yeni mənzillər: 2 otaqlı studiyadan 3 otaqlıya qədər seçim!

Niyə yaşı 60-dan yuxarı olan insanların dostu az olur? - Psixoloqların İZAHI

Niyə yaşı 60-dan yuxarı olan insanların dostu az olur? - Psixoloqların İZAHI

Əhalinin NƏZƏRİNƏ – Qripə qarşı vaksinasiya başlayır – RƏSMİ

Əhalinin NƏZƏRİNƏ – Qripə qarşı vaksinasiya başlayır – RƏSMİ

Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır

Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır

Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur

Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur

Ölkədən çıxış qadağası aradan qalxdı

Ölkədən çıxış qadağası aradan qalxdı

Azərbaycanda balıqların qiyməti bahalaşıb – Son qiymətlər

Azərbaycanda balıqların qiyməti bahalaşıb – Son qiymətlər

Şimali Makedoniya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ - Nələr müzakirə edildi?

Şimali Makedoniya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ - Nələr müzakirə edildi?

Avropa Parlamentinin vitse-prezidenti Oleşkidəki fəlakətlə bağlı aclıq aksiyasına başladı

Avropa Parlamentinin vitse-prezidenti Oleşkidəki fəlakətlə bağlı aclıq aksiyasına başladı

Naxçıvanda vəzifəli şəxs saxlanıldı – FOTO/VİDEO

Naxçıvanda vəzifəli şəxs saxlanıldı – FOTO/VİDEO

SON DƏQİQƏ! 31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi – ADLAR

SON DƏQİQƏ! 31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi – ADLAR

Məktəblərdə 5 günlük tətil başlayır – TARİX AÇIQLANDI

Məktəblərdə 5 günlük tətil başlayır – TARİX AÇIQLANDI

Azərbaycan bizimkilərə dərs verdi - Türkiyənin məşhur jurnalisti yazır..

Azərbaycan bizimkilərə dərs verdi - Türkiyənin məşhur jurnalisti yazır..

“Volkswagen” 70 mindən çox elektrikli avtomobili geri çağırır

“Volkswagen” 70 mindən çox elektrikli avtomobili geri çağırır

Göygöldə AİLƏ DRAMI: Su vermədi, əri üstünə benzin töküb yandırdı

Göygöldə AİLƏ DRAMI: Su vermədi, əri üstünə benzin töküb yandırdı

"Boeing" sərnişin təyyarəsinin yeni modeli: Artıq 1555 ədəd sifariş edilib

"Boeing" sərnişin təyyarəsinin yeni modeli: Artıq 1555 ədəd sifariş edilib

12-ci Bakı Beynəlxalq Kitab Sərgisində 300-dən çox tədbir keçiriləcək

12-ci Bakı Beynəlxalq Kitab Sərgisində 300-dən çox tədbir keçiriləcək

İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu

İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu

Putin və Uitkoffun görüşü başladı

Putin və Uitkoffun görüşü başladı

End of content

No more pages to load

RADİO